Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Naxçıvanda baytarlıq apteklərində mənşəyi məlum olmayan preparatlar aşkarlanıb

Naxçıvanda baytarlıq apteklərində mənşəyi məlum olmayan preparatlar aşkarlanıb

03.12.2024 [23:34]

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən muxtar respublikada fəaliyyət göstərən baytarlıq apteklərində keçirilən monitorinq zamanı bu sahədə normativ-hüquqi sənədlərin tələblərinin pozulduğu, son istifadə tarixi bitmiş və mənşəyi məlum olmayan baytarlıq preparatlarının satıldığı hallar aşkar edilib.

Agentlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, satışı həyata keçirilən istifadə müddəti bitmiş və mənşəyi məlum olmayan baytarlıq preparatları satışdan kənarlaşdırılaraq müvəqqəti saxlanca verilib, qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Paylaş:
Baxılıb: 341 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30