Taksi qiymətləri yenidən bahalaşdı...
04.12.2024 [08:17]
40 faiz artım var
Son günlər ucuzlaşan taksi qiymətləri yenidən öz köhnə vəziyyətinə qayıdıb. Belə ki, taksi operatorlarının qiymətləri növbəti dəfə artıb. Sərnişinlər bildirib ki, ötən ayın ortalarından etibarən qiymətlərdə 30-40 faiz artım var.
Yaxın günlərdə qiymət bir az da arta bilər...
Qiymət dəyişikliyini sürücülər də təsdiq edirlər. Qiymətlərdə yaranan fərqin isə şirkətlər tərəfindən tənzimləndiyini bildirirlər. Sürücülər qiymət artmasının bəzi səbəblərinin olduğunu bildirirlər. Onlar hətta yaxın günlərdə qiymətin bir az da artacağını istisna etmirlər.
Qiymətlər qısamüddətlik ucuzlaşmışdı
Məsələ ilə bağlı taksi şirkətlərindən isə bildirilib ki, ötən ay COP29 tədbiri ilə əlaqədar olaraq Bakıdan əhalinin kütləvi axını olub. Bu, yollarda tıxacların azalması səbəblərindən biri idi. Nəticə olaraq, taksi xidmətlərinin qiymətləri də müəyyən dərəcədə azalıb. Amma hazırda iş və dərslərin olması, tıxacların artması ilə əlaqədar olaraq taksilər də öz iş tempinə qayıdıb. Buna görə də, qiymətlərdə müəyyən qədər dəyişikliklər var.
Taksidən istifadə edən 5,25 milyon sərnişin azalıb
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, taksilərlə bağlı həyata keçirilən son tənzimləmələr qısamüddətli səfərlərdən istifadə edən sərnişinlərin tədricən ictimai nəqliyyata üstünlük verməsi ilə nəticələnib. Onun sözlərinə görə, Azərbaycanda taksidən istifadə edənlər arasında 5,25 milyon sərnişin azalması qeydə alınıb. Onlardan 50 faizi avtobusa, 20 faizi isə metroya keçid edib: “Qeyd edək ki, sosial şəbəkələrdə də taksi sürücüləri sərnişinlərin azaldığını təsdiqləyirlər. Onların sözlərinə görə, nə komfort, nə də ekonom kateqoriyasında əvvəlki qədər sərnişin olmur. Hətta sürücülərin bəziləri sərnişinlərin az olması səbəbindən gündəlik tələb edilən kvotanı da doldura bilmirlər”.
Şirkətlər qiymətləri qaldırır...
Ekspertin fikrincə, şirkətlər aldıqları maşınların xərcini çıxarmaq üçün qiymətləri yüksəldir. Bu da təbii ki, insanların əksəriyyətinə sərf etmir: “Əvvəllər taksi şirkətləri rahat şəkildə hər qeydiyyatdan keçəni işə götürürdü. İndi isə yalnız tələblərə cavab verən və imtahandan keçib sertifikat alan sürücüləri işə qəbul edirlər. Şirkətlərə də çox böyük cərimələr tətbiq edildi. Avtomobillərin ili də artıq yeni olmalıdır. Yeni maşınların da qiyməti daha yüksək olduğu üçün hər adam avtomobil alıb taksi kimi sürə bilmir. Artıq şirkətlər özləri yeni maşınlar gətirirlər. Bu zaman da şirkət maşınlara xərclədiyi pulu çıxarmaq üçün qiymətləri yüksək təyin edir. Taksi qiymətləri aşağı olanda insanlar vərdiş etmişdilər. Amma qiymətlər yüksəldikcə artıq insanlar hər dəfə taksiyə minə bilmirlər”.
“Sərnişin olanda da sürücü getmir”
İ.Hüseynli sərnişinlərin taksidən narazılıq etdiyi məqamlara da toxundu: “Düzdür, sürücülər sərnişin azaldığı üçün narazılıq edirlər. Lakin sərnişinlərin azalmasında taksi sürücülərinin də rolu az deyil. Çünki sərnişin olduğu zaman onlar problem yaradırlar, getmək istəmirlər. Məsələn, günün pik saatlarında bir çox sürücü maşın sürmək istəmir. Sərnişinlər də şikayət edir ki, taksi çağırırıq, yarım saat, bəzən ondan da çox gözləyirik. Lakin sonda sürücü ya qiymətin sərf etmədiyini, ya da həmin əraziyə, məsafəyə getmək istəmədiyini bildirir. Qiymətlər nə qədər yüksəlmiş olsa da, taksi sürücüləri yenə də deyirlər ki, şirkətlər qiymətləri çox aşağı təyin edir. Düşünürəm ki, tədricən bütün bu məsələlər öz həllini tapacaq. İctimai nəqliyyat da düzəldikdən sonra insanlar taksidən uzaqlaşacaqlar”.
Xəbər lenti
Hamısına baxGündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Dünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55

