Naxçıvanda əlilliyi müəyyən olunmuş şəxslərə avtomobil və səyyar kofe evləri təqdim edilib
24.12.2024 [21:13]
Müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş və Çernobil AES-də partlayışın nəticələrinin aradan qaldırılması zamanı xəsarət alan və əlilliyi müəyyən olunmuş 12 nəfərə avtomobil, həmçinin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası məqsədilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş, eləcə də özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin olunmaq üçün müraciət edən şəxs olmaqla, 2 nəfərə səyyar kofe evi təqdim edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dekabrın 24-də avtomobillərin və səyyar kofe evlərinin təqdimatı olub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli avtomobil təqdim edilən və məşğulluğu təmin olunan şəxslərlə görüşüb. Səlahiyyətli nümayəndə qeyd edib ki, 2023-2024-cü illər xalqımız üçün əlamətdar hadisələrlə yadda qalır. Azərbaycanın bütün ərazilərində suverenliyimiz təmin olunub. Bu nailiyyətlərin əldə olunmasında müharibə iştirakçıları və qazilərin rolu, əməyi danılmazdır. Dövlətimiz hər zaman onların Vətən qarşısındakı fədakarlıqlarını yüksək qiymətləndirir, bu kateqoriyadan olan şəxslərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür.
Fuad Nəcəfli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın uğurla icra olunduğunu, bu tədbirlər çərçivəsində əhalinin rifah halının yüksəldilməsi tədbirlərinin bundan sonra da davam etdirələcəyini bildirib, hər kəsi qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli 12 nəfərə avtomobillərin açarlarını, məşğulluq proqramına cəlb olunmuş 2 nəfərə isə səyyar kofe evlərinin açarlarını və müqavilələrini təqdim edib.
Səlahiyyətli nümayəndə sonda təqdim olunan avtomobillərə və səyyar kofe evlərinə baxıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48

