İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir
25.12.2024 [21:58]
İnsult keçirmiş şəxslərə sürətli, effektiv və yüksək keyfiyyətli tibbi müdaxilə edilməsi, beyin qan dövranının kəskin pozulması zamanı düzgün strategiyanın seçilməsi, habelə həmin diaqnozla müraciət edən pasiyentlərin monitorinqinin düzgün aparılması bu kateqoriyadan olan pasiyentlərin sağlamlığında xüsusi əhəmiyyət daşıyır.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə ölkədə insult xəstəliyi üzrə tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədilə TƏBİB-in tabeliyində olan bir sıra tibb müəssisələrinin (mərkəz və şöbələrinin) insult üzrə beynəlxalq sertifikasiyası həyata keçiriləcək. Artıq bu istiqamətində hazırlıq işlərinin görülməsi, tibb müəssisələrinin fəaliyyətinin və təşkilati strukturunun qiymətləndirilməsi, eləcə də beynəlxalq keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması işlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ilkin mərhələdə Yeni Klinika ixtisaslaşmış insult mərkəzi olmaqla, Kliniki Tibbi Mərkəz, Sumqayıt Tibb Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının ilkin səviyyədə sertifikatlaşdırılma prosesinə cəlb olunması nəzərdə tutulur.
Qeyd edək ki, bu sertifikasiya Ümumdünya İnsult Təşkilatının əsas meyarlarına uyğun olaraq müəyyənləşdirilir.
Məlumat üçün bildirək ki, dünya statistikasına əsasən, insult hər il 15 milyondan çox insanın ölmünə səbəb olur. Hər üç saniyədə bir nəfərin insult keçirməsi ilə bu xəstəlikdən ölüm faizi ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yerdə qərarlaşır. İnsult, həmçinin əlillik ilə nəticələnən xəstəliklər arasında da ilk sıralardadır.
Gələcəkdə insult xəstəliyi üzrə tibbi xidmətlərin təkmilləşdirilməsi prosesinin genişləndirilməsi və bu istiqamətdə sertifikasiyaya cəlb olunan tibb müəssisələrinin siyahısının artırılması planlaşdırılır.
Xəbər lenti
Hamısına baxGündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42

