Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Matəmlə əlaqədar Tərtərdə kütləvi tədbirlər təxirə salınıb

Matəmlə əlaqədar Tərtərdə kütləvi tədbirlər təxirə salınıb

26.12.2024 [23:48]

“Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Tərtərdə də anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da Azərbaycanın Dövlət Bayrağı endirilib, keçirilməsi nəzərdə tutulan kütləvi tədbirlər təxirə salınıb, saat 12:00-da təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sükut dəqiqəsi zamanı nəqliyyatın hərəkəti dayanıb.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 26 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasında matəm elan edilib.

Paylaş:
Baxılıb: 439 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31