Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanın təhsil müəssisələrində “Məktəblinin dostu” layihəsi genişlənir

Azərbaycanın təhsil müəssisələrində “Məktəblinin dostu” layihəsi genişlənir

06.02.2025 [20:37]

Təhsil müəssisələrində təhlükəsiz və sağlam mühitin yaradılması məqsədilə həyata keçirilən “Məktəblinin dostu” layihəsi əhatə dairəsini genişləndirir. 2016-2017-ci illərdə cəmi 30 məktəbdə tətbiq edilən bu layihə 2024-2025-ci tədris ili üçün 238 məktəbi əhatə edəcək və 400 min şagirdi əhatə etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə deyib. O bildirib ki, layihənin əsas məqsədləri müəllim və şagirdlər üçün təhlükəsiz mühitin yaradılması, eləcə də fövqəladə hallarda ilkin tibbi və psixoloji yardım göstərilməsidir: “Elm və Təhsil Nazirliyi tərəfindən “Şagird davranış qaydaları”nın genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Pilot layihə kimi 329 ümumi təhsil müəssisəsində iki il ərzində tətbiq edilən bu qaydalar üzrə monitorinq və təhlillər aparılıb və təkliflər formalaşdırılıb. Növbəti tədris ilindən isə bu sistemin bütün dövlət ümumi təhsil müəssisələrində tətbiqi nəzərdə tutulur.

Yeni davranış qaydalarına təhlükəsizlik, psixoloji sağlamlıq, şagirdlər arasında ayrı-seçkiliyin qarşısının alınması, həmçinin verbal, sosial-psixoloji və kibertəhlükəsizlik sahəsində zərərli davranışların məhdudlaşdırılması kimi məsələlər daxildir”.

Paylaş:
Baxılıb: 359 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30