11 ayın Sultanı...
01.03.2025 [08:38]
Ramazan ayının ilk günüdür!
Bu il Ramazan ayının ilk günü martın 1-ə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Ramazan ayının başlanması ilə bağlı fevralın 27-də fətva verib. Şəvval ayının 1-i, yəni martın 30-da isə Ramazan (Fitr) bayramı olacaq.
Məlumdur ki, Ramazan ayı İslam aləmində on bir ayın sultanı olaraq adlandırılır. Bunun səbəbi Ramazan ayında müsəlmanlar üçün iki mühüm dini hadisənin baş verməsidir. Həmin hadisələrdən biri İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”in Həzrəti Peyğəmbərimizə (s.a.v.) Ramazan ayının gecələrinin birində nazil olmağa başlamasıdır. Həmin gecə “Qədr” və ya “Əhya” gecələridir, digəri isə müsəlman təqvimi ilə hicirinin 2-ci ilində (miladi təqvimi ilə 623-cü il) İslamın ibadətlərindən biri olan Orucun Allah-təala tərəfindən bütün müsəlmanlar üçün fərz buyurulmasıdır. Oruc ibadətinin Ramazan ayında fərz buyurulması səbəbilə bu ibadətin adı “Ramazan orucu” olaraq adlandırılır.
Ramazan və Novruzun üst-üstə düşməsi
Builki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcək. QMİ-dən verilən məlumata görə, şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir. Allahın rəhmət və bərəkətinin gəlişinə görə oruclular üçün ruhu və qəlbləri sevindirən Ramazan da, təbiətin Rəbbül-Aləm tərəfindən yenidən oyanışının rəmzi olan Novruz da mübarək bayramlar qismindədir. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir və bu ənənəvi əməllər mahiyyəti etibarı ilə Novruz adətləri ilə eynidir. Çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin.
Əvəzsiz müalicə üsulu...
Oruc tutmaq orqanizmin sağlamlığı deməkdir. Bəzi xroniki xəstəliklər orucla müalicə edilir. Oruc, eyni zamanda, bağırsaq xəstəliklərinin dərmanı olduğu kimi, bəzi dəri xəstəliklərinin sağaldılması, mədənin müəyyən müddət ərzində istirahət etməsində də əvəzsiz müalicə üsuludur. Obez xəstələrinə oruc tutmaları xüsusilə tövsiyə edilir. Çünkin obez olan şəxslər Ramazanda oruc vasitəsiylə özlərinə yemək yemə mövzusunda nəzarət etmə fürsəti tapa bilərlər. İşi, sağlamlığı ilə bağlı qayğıları olmayan insanın oruc tutması mütləqdir.
Oruc tutmaq bu insanlar üçün risklidir...
Oruc bu gün də öz əhəmiyyətini qoruyur və aktuallığını itirməyib. Lakin Ramazan ayında oruc tutmaq bəzi insanlar üçün riskli hesab olunur. Məsələn, hamilələr, uşaq əmizdirən analar, şəkər xəstələri, ürək-damar sistemi ilə bağlı xəstəliyi olanlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər, ciddi psixoloji problemləri olanlar, yetkinlik yaşına çatmayan uşaqlar və kimyəvi terapiyaya müraciət edən xərçəng xəstələrinin oruc tutması məsləhət görülmür.
Həddi buluğa çatmayan uşaqların oruc tutması vacib deyil. Qızların 9 yaşından başlayaraq oruc tutmağa imkanı varsa, riayət edə bilərlər. Oğlanlara isə 15 yaşından etibarən sağlamlıqları, orqanizmi imkan verirsə, əməl etsinlər. Bu yaşdan kiçiklərə oruc vacib deyil.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02

