Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb – Birgə məlumat

Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb – Birgə məlumat

21.03.2025 [18:03]

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında bildirilib.

“Müdafiə Nazirliyinin rəhbərliyi xidməti vəzifələrini yerinə yetirərkən vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilmişdi.

Paylaş:
Baxılıb: 778 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31