Xocalıya 8-ci köç!
29.04.2025 [10:14]
Sakinlərin sayı 913 oldu...
2023-cü ilin 19-20 sentyabr tarixində keçirilən birgünlük antiterror tədbirləri nəticəsində Xocalı, Xocavənd, Xankəndi və Əsgəran şəhərləri separatçılardan təmizlənərək işğaldan azad edilmişdi.
Vaxtilə soyqırımı və dağıntılara məruz qoyulan Xocalının azad olunmasından dərhal sonra bərpasına başlanılması mənəvi baxımından böyük əhəmiyyət daşıyır. Bir vaxtlar torpağı qanla yoğrulan bu doğma yurd yeri indi dövlətin dəstəyi ilə addım-addım, qarış-qarış yenidən dirçəldilir. 32 illik ayrılıqdan sonra ilk dəfə öz doğma ocaqlarına geri dönən Xocalı sakinləri ölkə başçısının xeyir-duası ilə öz evlərinə qayıdırlar.
Xocalıya köç tarixləri
Xocalı sakinlərinin ilk qayıdış sevinci ötən il dekabrın 13-də baş tutmuşdu. Bu zaman 27 ailə - 152 nəfər doğma torpağına qovuşdu. Bundan başqa, Xocalıya 2-ci köç 27 dekabr 2024-cü il (21 ailə - 119 nəfər), 3-cü köç 15 yanvar 2025-ci il (28 ailə - 135 nəfər), 4-cü köç 31 yanvar 2025-ci il (22 ailə - 94 nəfər), 5-ci köç 24 fevral 2025-ci il (22 ailə - 95 nəfər), 6-cı köç 14 mart 2025-ci il (24 ailə - 98 nəfər), 7-ci köç 21 aprel 2025-ci il (21 ailə - 83 nəfər) tarixlərində olub.
Daha 33 ailə...
Ötən gün isə Xocalıya növbəti - 8-ci köç reallaşıb. Bu mərhələdə 33 ailə - 138 nəfər köçürülüb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
8 ailə tamamilə məhv edilib...
Xocalı şəhəri erməni vandalizminin ilk ünvanlarından biri idi. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Qeyd olunan tarixdə keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.
Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.
Ermənilər hər vəchlə Xocalı faciəsini beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışıblar və müəyyən zaman kəsiyində buna nail olmağı bacarıblar. Ancaq Azərbaycan faciənin dünya miqyasında tanıdılmasına çalışır.
Xocalı yalnız bu şəhərin sakinləri üçün deyil, bütün Azərbaycan xalqı üçün müstəsna önəm daşıyır. Antiterror tədbirlərindən sonra Prezident İlham Əliyevin tapşırıqları ilə qısa müddətdə böyük həcmli işlər görülüb, bir sıra layihələr uğurla tamamlanıb. Ölkə başçısının da vurğuladığı kimi Xocalı müasir şəhər olacaq!
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51

