Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Birinci Qarabağ müharibəsinin şəhidi Zərdabda dəfn edilib

Birinci Qarabağ müharibəsinin şəhidi Zərdabda dəfn edilib

16.05.2025 [13:21]

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan Abbasov Abuzər Tənzil oğlunun meyitinin qalıqları Zərdab rayonuna gətirilib. O, Beyləqan rayon məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Yuxarı Seyidlər kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Abbasov Abuzər Tənzil oğlu 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı ərazisində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30