Günahsız qurbanlar...
04.06.2025 [08:17]
Ömrü yarıda kəsilənlərin günü
Onları sevindirmək o qədər çətin deyil - istəkləri, arzuları böyük deyil. Dünyanın harasında olursa-olsunlar, arzuları eynidir - adi bir təbəssüm, mehriban baxış, xoş münasibətdən xoşbəxt ola bilirlər. Bəzən isə məkrli oyunların, bitib-tükənməyən təmənnaların, ailədaxili münaqişənin qurbanına çevrildikləri də acı bir həqiqətdir. Təəssüf ki, bəziləri sevgiyə, qayğıya daha çox ehtiyac duyduqları bir zamanda fəlakətlərlə üzləşir, sevincləri, gülüşləri əllərindən alınır, aqressiyaların qurbanı olurlar.
Dünyanın 70-dən çox ölkəsində...
Statistik göstəricilərə əsasən, dünyada hər il minlərlə, milyonlarla uşaq aqressiyanın qurbanına çevrilir. Müxtəlif ölkələrdə hər il minlərlə uşaq minaya düşərək, müharibələrin günahsız qurbanı olaraq həyatını və ya sağlamlığını itirir. Dünyada 70-dən çox ölkədə basdırılan 60 milyondan çox minanın qurbanı bəzən uşaqlar da olur - aqressiyanın qurbanı...
İyunun 4-nü dünya ölkələri Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü kimi qeyd edir. Həmin gün dünyanın müharibə adlı fəlakətinin, dəhşətli bəlasının günahsız qurbanları anılır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 1982-ci il avqustun 19-da Fələstin məsələsi üzrə xüsusi sessiyasında aqressiya və təcavüzün qurbanı olan günahsız uşaqların xatirəsini iyunun 4-ü Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü kimi anmağı qərara alıb.
Hərbi münaqişələr zonasında yaşayan uşaqlar - gələcəyi olmayan uşaqlardır. Müharibələrdə yalnız əsgərlərin deyil, uşaqların da həlak olduğunu unutmamaq üçün BMT bu günü təsis edib.
Gülüşləri əllərindən alınan körpələr...
Müharibələr xalqımızın da yaddaşında ağrı-acılarla dolu silinməz izlər buraxıb. Azərbaycana qarşı 20-ci əsrin sonlarından torpaq iddiası adı altında təxribatlara başlayan ermənilər neçə-neçə günahsız uşağın həyatına son qoydu. Birinci Qarabağ müharibəsi illərində, ümumilikdə, 200-ə yaxın azərbaycanlı uşaq qətlə yetirildi. Təkcə Xocalı soyqırımı zamanı ermənilər tərəfindən 63 uşaq öldürüldü. 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirdi.
Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.
Onları xoşbəxt gələcək gözləyirdi...
Ermənistan silahlı qüvvələri 2011-ci il martın 8-də Ağdam rayonunun Orta Qərvənd kəndində, öz evlərinin həyətində dostları ilə oynayan 9 yaşlı Fariz Bədəlovu snayperlə hədəfə alaraq qətlə yetirdilər. 2017-ci il iyulun 4-də Füzuli rayonu Alxanlı qəsəbəsində 14 aylıq Zəhra Quliyeva nənəsi Sahibə Quliyeva ilə birgə Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəşlər nəticəsində şəhid oldular. Atəşkəs dövründə 34 azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 14-ü şəhid oldu, 20-si yaralandı.
Ermənilərin uşaqlara qarşı aqressiyası Vətən müharibəsi günlərində də davam etdi - onlar döyüş bölgələrindən uzaqlarda yerləşən mülki əhalinin yaşayış yerlərini iriçaplı silahlardan atəşə tutdular. Azərbaycanın Tovuz, Gəncə, Bərdə, Tərtər, Mingəçevir şəhərlərinin Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində həlak olanların arasında xeyli azyaşlı vardı. Neçə-neçə uşaq isə ya bir, ya da hər iki valideynini, digər yaxın qohumlarını itirdi, atəş nəticəsində uçmuş evlərinin dağıntıları altında qalaraq ağır xəsarət aldılar.
Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Onların cəmiyyətə təhlükəsiz və sağlam böyüməsi isə olduqca məsuliyyətli bir işdir. Bu baxımdan azyaşlıların müxtəlif aqressiyaların qurbanına çevrilməməsi inkişaf etmiş ölkələrin uşaqlarla bağlı siyasətinin əsasını təşkil edir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46

