Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası keçirilib
19.06.2025 [13:45]
İyunun 19-da Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova, Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu, Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov, Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özerdağ iştirak ediblər.
Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov iclasda çıxış edib. O, iclas çərçivəsində imzalanması nəzərdə tutulan TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi barədə məlumat verib: "Bu təşəbbüs ilk dəfə 2024-cü ilin may ayında İstanbulda keçirilən görüşdə irəli sürülüb və yüksək qiymətləndirilib. Bu gün həmin təşəbbüs konkret hüquqi əməkdaşlığımızın institutlaşması istiqamətində önəmli bir addımdır. Hesab edirəm ki, Əsasnamənin imzalanması ilə tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq".

İnam Kərimov vurğulayıb ki, bu çərçivədə birgə layihələrin icrası, elmi-tədris proqramlarının təşkili, hakimlərin etik və peşəkar hazırlığı, ortaq hüquqi tədqiqatların aparılması və davamlı təcrübə mübadiləsi üçün etibarlı bir platforma formalaşdırılacaq: "Bu proses türk dövlətlərinin ortaq hüquq mədəniyyətinin daha da dərinləşməsinə, ədalət və qanunun aliliyi prinsiplərinin geniş təbliğinə mühüm töhfə verəcək. Eyni zamanda, tədbir çərçivəsində nəzərdə tutulan mədəni proqramlar da hüquqi dialoqun mədəni zəmin üzərində qurulması baxımından əlamətdar olacaq. Qonaqlarımız Azərbaycanın tarixi və mədəni irsi ilə tanışlıq imkanına malik olacaqlar. Bu səfərlər ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və mədəni əlaqələrin inkişaf istiqamətində yeni üfüqlər açacaq. Türk dövlətlərini birləşdirən dərin tarixi köklər və ortaq hüquqi-mədəni irs bu gün də əməkdaşlığımızın möhkəm təməlini təşkil edir. Əsrlər boyu bu xalqlar arasında formalaşan ədalət və dövlətçilik ənənələri bizi vahid dəyərlər ətrafında birləşdirir. Ümidvaram ki, Bakı görüşü türk dövlətləri arasında hüquqi həmrəyliyin gücləndirilməsi, məhkəmə-hüquq sistemlərinin yaxınlaşdırılması və ortaq gələcəyimizin möhkəmləndirilməsi istiqamətində mühüm bir mərhələ kimi tarixə düşəcək", - deyə İnam Kərimov vurğulayıb.
TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev qeyd edib ki, hazırda təşkilatla müşahidəçi dövlətlər arasında 35-dən çox sahə üzrə səmərəli əməkdaşlıq var: "Bu sahələrdən biri hüquq-mühafizə və məhkəmə sistemidir. Qeyd edim ki, ötən ay təşkilatımızın Budapeştdə keçirilən qeyri-rəsmi görüşü zamanı dövlətlərimizin başçıları üzv ölkələri regionda və onların hüdudlarından kənarda sülh və təhlükəsizliyə qarşı çağırışlarla mübarizədə birgə səyləri davam etməyə çağırdılar. Bu məsələlər hüquqi əməkdaşlıq gündəmində əsas yer tutur. Təşkilatımız yaranandan indiyədək məhkəmə hakimiyyəti ilə bağlı davamlı uğurlar əldə olunub. Qeyd edim ki, TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclasının bu il Azərbaycanda təşkil olunması planlaşdırılır. Hakimlər Şirasının üzvlərindən ibarət alt İşçi Qrupu tərəfindən nizamnamənin hazırlanmasına dair qərar verilib. İşçi Qrupu nizamnamə üzərində işləyəndən sonra dünən bütün tərəflər nizamnaməyə razılığını ifadə edib. Bu gün xüsusi bir mərhələdir, çünki biz bu Əsasnaməni imzalayacağıq və əminəm ki, bu sənəd TDT Məhkəmə Şuraları arasında səmərəli əməkdaşlıq üçün lazımi çərçivə yaradacaq" - deyə o qeyd edib.

Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova bildirib ki, birgə tarix və dil xalqlarımızı birləşdirir: "Düşünürəm ki, hüquqi bazaya da nail olmaq lazımdır. TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi əməkdaşlıq üçün yeni üfüqlər açır, hüquqi təcrübələrin mübadiləsi üçün imkanlar yaradır. Bizim ənənələrimiz oxşardır. Bunların hamısı insan hüquqlarının qorunmasına yönəlməlidir. Biz hüquqi etibarın vahid məkanını formalaşdırırıq. Ölkələr arasında qarşılıqlı əməkdaşlıq inkişaf etdirilməlidir. Bugünkü addım, fəaliyyət ölkələrimizin suverenliyinin və müstəqilliyinin qorunmasına töhfə verəcək. Bu gün tarixi hadisənin şahidiyik və qeyd edilən sənəd çox dərin köklərə malik olacaq. Bu, hüququn tətbiqi, hüquq sisteminin inkişafı baxımından çox mühüm sənəddir".
Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu bildirib ki, 2023-cü ilin noyabr ayında Azərbaycan və Özbəkistana edilən səfərlər məhkəmə sahəsində əməkdaşlıq prosesini yenidən canlandırmaq baxımından əhəmiyyətli mərhələ olub:"Ardınca 2024-cü ilin mayında İstanbulda ikinci böyük toplantımızı keçirdik. Bu toplantıda Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması ilə bağlı razılıq əldə edildi və həmin il dekabr ayında texniki komanda tərəfindən layihə hazırlanmağa başlandı.

Bu gün artıq həmin səylərin bəhrəsini almaq üçün buradayıq. TDT-nin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması yalnız bir sənədin imzalanması deyil, həm də ortaq hüquqi baxışın, qardaşlıq üzərində qurulmuş əməkdaşlığın və uzunmüddətli ədalət anlayışının təsdiqidir. Bu şəbəkə sadəcə koordinasiya strukturu deyil, həm də məhkəmə etikası, xüsusi araşdırmaların paylaşılması və qarşılıqlı təcrübə mübadiləsi sahələrində əməkdaşlığımızı gücləndirəcək. TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi institutlarımız arasında kommunikasiya və müzakirə platforması olacaq, ortaq problemlərə birgə həll yolları tapmaq üçün faydalı bir mexanizm rolunu oynayacaq. Eyni zamanda, məhkəmə sisteminin şəffaflığı və müstəqilliyi kimi beynəlxalq prinsiplərin gücləndirilməsi, Türk dünyasında ədalət platformalarının qlobal səviyyədə tanınmasına xidmət edəcək", - deyə Aydoğdu vurğulayıb.

Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov çıxışında qeyd edib ki, TDT çərçivəsində dialoq və əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addımlar atılıb: "Qırğızıstan və Qazaxıstanın məhkəmə sistemlərinin nümayəndələri Türkiyədə səfərdə olub və orada məhkəmə sistemləri ilə bağlı bilik və təcrübə mübadiləsi aparıblar. Qeyd etmək istərdim ki, Özbəkistanın ali məhkəmə orqanları da qardaş ölkələrlə hüquq sahəsində qarşılıqlı bilik mübadiləsində iştirak ediblər. Eyni zamanda, bu çərçivədə uğurlu nəticələr əldə olunub. Mütəxəssislərdən ibarət qrupumuz Türkiyəyə səfər edib, onların məhkəmə sistemi ilə yaxından tanış olub. Təşkilat çərçivəsində hakimlərimiz də Türkiyədə olaraq, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı məhkəmə təcrübəsini öyrəniblər. Bu kimi proqramlar qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə şərait yaradır və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Bugünkü toplantı çərçivəsində imzalanacaq Əsasnamə də məhz bu əməkdaşlığın genişlənməsinə imkan yaradacaq, daha effektiv işlərin görülməsi üçün əsas təmin edəcək. Aydındır ki, sabitlik və ədalət prinsipləri cəmiyyətdə peşəkarlığın, dünya görüşünün, bilik və təcrübə paylaşımının artmasına xidmət edəcək. Eyni zamanda, peşəkar kadrların hazırlanması, onların karyera inkişafı və TDT-nin hüquq sahəsində əsas vəzifələrindən biri olan hüquqi yardımın təşkili məqsədilə hüquqi biliklərin paylaşılması önəmli yer tutur".
Onun sözlərinə görə, rəqəmsallaşma dövründə TDT çərçivəsində əməkdaşlıq hüquq və ədliyyə sahəsində yeni mərhələyə qədəm qoyur: "Bu çərçivədə “Türk Rəqəmsal Təşəbbüsü” adı altında bu il Türkiyədə ilk dövlətlərarası konqres keçiriləcək. Bu təşəbbüs elektron hüquq sahəsində bilik mübadiləsini artıracaq, iştirakçı ölkələrin təcrübələrinin onlayn formada paylaşılmasına imkan yaradacaq. Bu isə şübhəsiz ki, çox mühüm addımdır".
Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev iclasda çıxış edərək bildirib ki, ölkəsində məhkəmə sahəsinə xüsusi diqqət yönəldilib. O qeyd edib ki, TDT arasında effektiv əməkdaşlığın mövcud olması çox yaxşı haldır: "Bu gün imzalanacaq Əsasnamə üzv dövlətlər arasında yeni əməkdaşlığın yaranmasına, eyni zamanda, məhkəmə sisteminin təşəkkül tapmasına təkan verəcək".

Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özerdağ çıxış edərək qeyd edib ki, TDT-nin son illər ərzində keçirilən iclasları ortaq keçmişə sahib olan dövlətlərin bir- birini daha yaxşı tanıması və əməkdaşlıqlara töhvə vermək baxımından mühüm əhəmiyyət kəsb edir:"Həyata keçirilən fəaliyyətlər və bu gün imzalanan Əsasnamə əməkdaşlığımıza böyük töhvə verəcək. Şimali Kipr Türk Respublikası belə tədbirlərə böyük əhəmiyyət verməkdədir. Gələcəkdə bu əməkdaşlıqların davam edəcəyinə inanıram. Məhkəmələrin rəqəmsallaşdırılması üçün bir çox ölkə ötən gün baş tutan iclasda öz təşəbbüslərini açıq şəkildə ifadə etdi. Dünənki iclasda hüququn aliliyinin nə qədər əhəmiyyətli olduğunun şahidi olduq. Ədalət dövlətin təməlidir. Ədalət, eyni zamanda, ortaq gələcəyimizin təmin olunması və daha güclü əməkdaşlıqlar üçün vacibdir. Bu iclaslar hüquq sahəsində bir-birimizi tanıya bilməklə yanaşı, dostluqlarımızın təkmilləşməsinə də töhfə verir".

İclasda çıxışlardan sonra TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb. Sənədi Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova, Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu, Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov, Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özerdağ imzalayıblar.

Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

