Minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq
25.06.2025 [09:21]
“Yaşayış minimumu haqqında” qanunun qəbul edilməsi sosial yardımın məbləğinin artmasına səbəb olacaq
Milli Məclis “Yaşayış minimumu haqqında” Qanunu qəbul edib. Yeni dəyişikliklərə əsasən, minimum istehlak səbətinin tərkibinə yenidən baxılmaqla tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə yeni qida normaları müəyyənləşəcək. Qeyd edək ki, əvvəlki qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmurdu ki, bu da həmin sahələrdə sosial imkanlardan tam faydalanmağa imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradan tamamilə qaldıracaq.
Qanuna dəyişikliklər, eyni zamanda, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibinin də cari ildə yenidən müəyyənləşməsi üçün hüquqi zəmin yaradır. Ötən illərdə ölkədə qida mallarının qiymətinin artması, bəzi malların çeşidlərində əlavələrin olunması isə istehlak səbətinin dəyişməsi zəruriliyini daha da artırıb. Bu baxımdan adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb. Beləliklə, qanuna dəyişikliklərdən sonra qeyd edilən sahələrdə boşluq aradan qaldırılmaqla, həmin sektorlarda qida normativləri ilə bağlı əhatəlilik təmin olunacaq.
Yaşayış minimumu istehlak səbətinin dəyərini müəyyənləşdirəcək
Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. Qeyd edək ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insan sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Buraya ərzaq məhsullarının, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.) və xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.) daxildir. İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər əsasında hesablanır.
Yaşayış minimumundan aztəminatlı ailələrin rifahının yüksəldilməsi ilə bağlı konsepsiya və Dövlət Proqramlarının hazırlanmasında, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi və proqnozlaşdırılması ilə əlaqədar hüquqi sənədlərin tərtib olunmasında, eləcə də dövlət və yerli büdcələrin, büdcədənkənar fondların, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında və normativ sənədlərin hazırlanmasında sosial məqsədlər üçün istifadə olunur. Belə ki, yaşayış minimumu aztəminatlı ailələrə müxtəlif sosial yardımların formalaşdırılması və hesablanmasında, eləcə də onlarla bağlı dövlət proqramlarının işlənib hazırlanmasında, qanunvericilikdə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında, ölkə üzrə həyat səviyyəsinin müəyyən edilməsində, əhali gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsində də əsas gösətiricidir.
Onu da qeyd edək ki, 2023-cü ildən etibarən ölkəmizdə yaşayış minimumu və ehtiyac meyarının məbləği eyni həcmdə olmaqla bərabərləşdirilib. Bu baxımdan yaşayış minimumunun artırılması ehtiyac meyarının da artmasını təşviq etməklə, ünvanlı sosial yardımların məbləğinin də yüksəlməsinə səbəb olacaq. Belə ki, “Yaşayış minimumu haqqında” qanunun 1.0.9 maddəsinə əsasən, ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədddir. , ünvanlı yardım əsas etibarilə aztəminatlı ailələr üçün nəzərdə tutulub. Beləliklə, ehtiyac meyarının artması aztəminatlı ailələr üçün nəzərdə tutulmuş sosial yardımın dəyərinə də müsbət təsir edəcək.
Aztəminatlı ailələrin sosial müdafiəsi ilə bağlı hədəflər
Hökumət qarşısında duran əsas sosial məqsədlərdən biri növbəti mərhələdə yaşayış minimumumunun mərhələli şəkildə artırılması və Avropa Şurasının tətbiq etdiyi standartlar səviyyəsinə çatdırılmasıdır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində əhalinin həssas sosial qrupları, aztəminatlı ailələrlə bağlı müxtəlif dövlət proqramları çərçivəsində tədbirlərin görülməsi, eləcə də əhalinin gəlir əldəetmə imkanlarının artırılması ilə bağlı hədəflər müəyyənləşib.
Hazırda ölkəmizdə yaşayış minimumunun məbləği 285 manat təşkil edir. Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. Bu, həm də istehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi fonunda hazırda dəyəri 285 manat olan yaşayış minimumunun da artırılması üçün imkanlar yaradacaq. Nəticədə sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarıın sosial müdafiəsinin gücləndirilməsi də təmin ediləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

