Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Son beş ayda əlilliyi olan 16,5 min uşağa reabilitasiya xidmətləri göstərilib

Son beş ayda əlilliyi olan 16,5 min uşağa reabilitasiya xidmətləri göstərilib

27.06.2025 [20:41]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində cari ilin 5 ayında əlilliyi olan 16,5 min uşağa reabilitasiya xidmətləri göstərilib.

Nazirliyin Ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 11,4 min nəfəri ambulator, 813 nəfəri stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Həmin kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Paylaş:
Baxılıb: 263 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31