İyulun 11-də Ümumdünya Əhali Günü qeyd olunur
11.07.2025 [10:37]
Hər il iyulun 11-i dünya ictimaiyyəti Ümumdünya Əhali Gününü qeyd edir. Bu əlamətdar gün 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu tərəfindən təsis edilib.
AZƏRTAC xəbər verir ki, ilk dəfə 1990-cı ildə qeyd olunan Ümumdünya Əhali Günü münasibətilə 100-dən çox ölkədə müxtəlif tədbirlər keçirilir. 2025-ci ildə BMT-nin tövsiyəsi əsasında insanlar arasında maarifləndirmə işləri aparmaq üçün müasir texnologiyaların, sosial platformaların imkanlarından istifadə ön plana çıxarılıb.
Bu il Ümumdünya Əhali Günü xüsusilə əlamətdardır, çünki dünya iqlim dəyişikliyi, resurs qıtlığı və dəyişən demoqrafik şərait kimi aktual problemlərlə üzləşir. 2025-ci ildə dünya əhalisinin 8,1 milyardı ötəcəyi gözlənildiyi üçün bu artımın nəticələrini anlamaq həmişəkindən daha vacibdir. 2025-ci il Ümumdünya Əhali Günü hər kəsi əhali meyillərinin iqtisadi inkişafa, ekoloji dayanıqlılığa və həyat keyfiyyətinə necə təsir etdiyi barədə düşünməyə təşviq edir. Təhsili, səhiyyə xidmətinə çıxışı və gender bərabərliyini təşviq etməklə bu gün daha ədalətli və davamlı dünyaya doğru kollektiv fəaliyyətə ilham verir.
Ümumdünya Əhali Gününün qeyd edilməsində əsas məqsəd ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya ictimaiyyətinin diqqət mərkəzində olan məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.
Ümumdünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd olunmağa başlanılıb. Azərbaycanda MDB məkanında ilk dəfə olaraq elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin əvvəlindən Azərbaycanda əhalinin sayı 11338 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il may ayının 1-də olan vəziyyətdə 10 milyon 236 min 227 nəfərə çatıb. Əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08

