Onlar fərqlidirlər...
13.08.2025 [11:29]
Solaxaylıq xəstəlik deyil
13 avqust - Beynəlxalq Solaxaylar Günüdür. Bu gün solaxayların unikallığının və fərqliliklərinin cəmiyyətə çatdırılması və təbliğ olunması məqsədilə qeyd edilir.
Bu gün ilk dəfə 1976-cı ildə “Lefthanders International” təşkilatının qurucusu Dean Kampbel tərəfindən qeyd olunub. 1992-ci ildə isə Britaniya Solaxaylar Klubunun təşəbbüsü ilə Beynəlxalq Solaxaylar Günü təsis edilib.
Bəzi məlumatlara görə, dünya əhalisinin 15-20 faizini solaxay insanlar təşkil edir. Statistikaya görə, Azərbaycanda əhalinin 8 faizi solaxaydır.
İnsanların böyük əksəriyyəti sağ əllərindən istifadə etməyə üstünlük verdiyi üçün bir çox əşyalar da məhz buna uyğun tərtib edilir. Qayçı, yazı masaları, spiral dəftərlər demək olar ki, solaxay insanların istifadə etməsi qeyri-mümkün olan məhsullardır.
Ancaq solaxaylar üçün həyat tarix boyu da asan olmayıb. Qədimdə solaxay insanlar bəxtsiz olmaqda ittiham olunurdular. Vaxt var idi ki, solaxayların həyatı hər an təhlükə altında idi. Keçmiş zamanlarda Avropada solaxaylıq iblislik əlaməti hesab edilirdi və solaxaylara ölüm hökmü oxunurdu. Bu səbəbdən də solaxay doğulanlar solaxay olduqlarını gizlətməyə çalışırdılar. Qədim Romada bu cür insanları “sinister”, yəni “pislik” adlandırırmışlar. Orta əsrlərin kilsə xadimləri isə solaxayları “şeytan” adlandıraraq yandırırdılar. Rusiyada isə I Pyotr belə bir fərman vermişdi ki, “kürənlər, solaxaylar, taygözlər məhkəmədə şahidlik edə bilməzlər”. I Pyotr bunu belə izah edirdi: “Fırıldaqçı bədzatlara İlahi özü nişan qoyur”.
Solaxaylıq nədir?
Əvvəlcə onu qeyd edək ki, solaxaylıq qüsur deyil. Sağ əl beynin sol yarımkürəsi, sol əl isə sağ yarımkürəsi ilə idarə olunur. Alimlərin fikrincə, beynin sol yarımkürəsi informasiyanı daha tez mənimsəyir və buna görə solaxaylar informasiyanı tez və düzgün qəbul edir, xüsusi istedada malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlılar 20, sağ əllilərdə isə 5 faizdir.
Solaxaylar haqqında maraqlı faktlar
-Solaxay insan qarşısındakı məsələyə daha tez cavab tapır;
-Solaxaylıq genlə gəlir;
-Solaxay kişilər qadınlara nisbətən daha çox psixoloji sarsıntı keçirir;
-Solaxay uşaqlar tərs olurlar.
Məşhur solaxaylar...
Dünyada solaxay məşhurlar çoxdur: Bill Geyts, Leonardo da Vinçi, Mark Tven, Bethoven, Merilin Monro, Albert Eynşteyn, Janna d,Ark, Lüis Kerroll, Nikolay Leskov, Mikelancelo, Pol Makkartni, Sergey Raxmaninov, Brüs Uillis və Rober De Niro solaxay məşhurlardır.
Məşhur siyasətçilər Yuli Sezar, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Böyük Karl, Uinston Çörçill d solaxay olublar. Amerikanın keçmiş prezidentləri Ronald Reyan, ata Corc Buş, Bill Klinton, Barak Obama da solaxay siyasətçilər sırasına daxildir.
Ultrasəs müayinədə bilinir...
Solaxaylığın mənşəyi ilə bağlı elmi dəlillərə əsasən, əl üstünlüyü hələ doğuşdan əvvəl formalaşır və bu, 10 həftəlik ultrasəs müayinəsi ilə təsdiqlənir. Müşahidələr göstərib ki, ilkin ultrasəs müayinədə uşağın sağ və ya sol əlli olmasını müəyyən etmək olur. Belə ki, sağ əllilərin sağ barmağını, solaxayların isə sol barmaqlarını əmmək ehtimalı daha çoxdur.
Solaxaylıq
genetikdir?
Araşdırmalara görə, uşaqlarda solaxaylıq meyli genetik xüsusiyyətlərə malikdir. Əgər valideynlərin hər ikisi solaxaydırsa, uşağın solaxay olma ehtimalı 50 faizdir. Valideynlərdən biri solaxaydırsa, nisbət 17 faiz, hər ikisi də solaxay deyilsə, bu nisbət 2 faizə düşür.
Solaxayların beyni fərqlidir?
Araşdırmalara görə, solaxay və sağ əllilərin beyin quruluşu fərqlidir. Belə ki, beyin yarımkürələri hər iki qrupda fərqli olsa da, sağ əlli insanlarda fərqlər daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə, sağ əlli insanlarda dil funksiyaları daha çox sol yarımkürədə lokallaşdırılır, solaxaylarda isə bu aspektdə yarımkürələr arasında fərq daha az nəzərə çarpır.
Sağ əllilərin üstünlüyü məsələsinə gəlincə, bunun təkamülün yan təsiri olduğuna dair bir nəzəriyyə var. Çünki beynin sol yarımkürəsində nitq funksiyalarının inkişafı sağ əlin funksiyalarının artması ilə müşayiət olunub. Oxşar tendensiya meymunlarda da müşahidə olunur, burada sağ və solaxayların paylanması daha bərabərdir.
Bundan başqa, solaxaylar, döyüş sənətlərində müəyyən üstünlüklərə sahib ola bilərlər. Çünki sol tərəfdən hücum rəqibi
təəccübləndirir. Bu sürpriz solaxaylara, qılıncoynatma kimi müasir idman növlərində üstünlük verir.
Uşaq solaxay olarsa...
Uzun illərdir ki, solaxaylığın uğursuzluq gətirdiyi, sağ əlliliyin doğru bir şey olduğuna inanan insanlar var. Bundan başqa, bəzi valideynlər övladlarının solaxay olduğunu bildikdə onu bu vərdişdən uzaqlaşdırmağa çalışır. Lakin mütəxəssislər valideynlərin sol əlli uşaqları sağ əlindən istifadə etmək üçün təkid etməsinin düzgün olmadığını, bunun uşaqda ciddi öyrənmə çətinliklərinə səbəb ola biləyini vurğulayırlar.
Onlar üçün sağ əllə yazmaq əsl stressdir
Psixoloq Aytən Ələkbərova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, insanın baş beyni, onun qabığı, sol və sağ yarımkürədən ibarətdir. Onun sözlərinə görə, zorla sağ ələ keçirilən hərəkətlərin nəticəsində uşaq nevroz, pəltək və tənbəl ola bilər: “Solaxaylar üçün sağ əllə yazmaq əsl stressdir. Solaxayların problemləri əslində sağ əllə işləməyə təkid edildikdən sonra yaranır”.
Psixoloq qeyd edib ki, solaxayların təxəyyülü yaxşı inkişaf edir. Onlar orijinallığı və obrazlı düşüncələri ilə fərlənirlər: “Solaxaylar istənilən məkana asanlıqla adaptasiya olurlar. Buna səbəb solaxaylarda adıçəkilən keyfiyyətlərə cavab verən beynin sağ yarımkürəsinin inkişafıdır. Sağvərdişlilərdə inkişaf etmiş sol yarımkürə isə riyazi bacarıqlar, məntiqi düşüncə və oxuma-yazma texnikasına cavab verir.
Valideynlər solaxay övladlarını sağ əllə işləməyə məcbur etməkdənsə, uşağın sol əlini çox erkən yaşlardan inkişaf etdirməlidir. Ola bilsin ki, uşaqlıqda solaxaylar nəsə düzəltməyə və ya çəkməyə başlayanda bunu kobud edirlər. Lakin buna görə üzülməyə dəyməz. Belə uşaqlara səbrlə yanaşmaq və qabiliyyətlərini inkişaf etdirmək lazımdır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12

