Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Küləkli hava şəraiti avqustun 29-u gündüzədək davam edəcək – PROQNOZ

Küləkli hava şəraiti avqustun 29-u gündüzədək davam edəcək – PROQNOZ

27.08.2025 [13:02]

Azərbaycanda avqustun 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-75, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-26, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı ehtimal edilir.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 29-u gündüzədək davam edəcəyi gözlənilir.

Paylaş:
Baxılıb: 320 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31