Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yasamalda iki küçənin kəsişməsində işıqfor quraşdırılıb

Yasamalda iki küçənin kəsişməsində işıqfor quraşdırılıb

24.11.2025 [12:11]

Paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Məhəmməd Hüseyn Şəhriyar küçəsinin kəsişməsində sürücülərin daha rahat hərəkət etməsi və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə yeni işıqforlar quraşdırılıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, həmin ərazidə 6 “L” və “A” tipli dirəklərdən istifadə edilməklə 13 nəqliyyat və piyada işıqları quraşdırılaraq hərəkət iştirakçılarının istifadəsinə verilib.

Bunun sayəsində Məhəmməd Hüseyn Şəhriyar küçəsindən Mətbuat prospektinə daxilolma artıq nizamlayıcı ilə tənzimlənir. Piyadalar isə yolun qarşı tərəfinə daha təhlükəsiz şəkildə keçə bilirlər.

Paylaş:
Baxılıb: 708 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30