Bəşəriyyətin “yarası”...
25.11.2025 [08:53]
Zorakılığın kölgəsində qalan qadınlar
Zorakılıq heç vaxt təsadüfi şəkildə olmur. O, susqunluqdan, qorxudan, bəzən isə insanların laqeydliyindən böyüyür. Qadınlar döyüləndə, təhqir ediləndə, hədə-qorxuya məruz qalanda, onların səsi eşidilməyəndə yalnız bir insan deyil, bütöv bir gələcək sındırılır. Statistik nəticələrə əsasən deyə bilərik ki, əksər hallarda zorakılıq qurbanı qadınlardır. Qadın zərifdir, yoxsa zəif? Bəlkə qadının zəif hesab edilməsi zorakılıq hallarının artımına səbəb olur? Bəlkə cəmiyyətin kişini güc mənbəyi hesab etməsi zorakılıq zəncirinə yeni halqalar qoşur? Qadınlara qarşı zorakılıq dedikdə, ilk başa düşülən onların döyülməsi olur. Ancaq zorakılıq daha geniş anlayışdır və özündə müxtəlif formaları birləşdirir. Qadınlar gizli və aşkar, birbaşa və ya dolayı, keçmişdə yaxud hazırda baş verən, dəfələrlə təkrarlanan zorakılıq növlərinə rast gəlirlər. İncə məxluqlar zorakılığın mənəvi, psixoloji, emosional, verbal (sözlü), cinsi, fiziki, iqtisadi, sosial və s. formalarını yaşayırlar. Artıq 26 ildir ki, noyabr ayının 25-i Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisi 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib.
Tarixə baxış...
Bu günün tarixi 1960-cı ildə Dominikan Respublikasında baş verən hadisələrdən qaynaqlanır. O zamanlar Dominikan Respublikasında diktaturaya qarşı mübarizə aparan 3 bacı Patria, Minerva və Maria Mirabelin cəsədləri bir uçurumun ətəyində tapılıb. Mirabel bacıları öldürüldükdən sonra qəzetlərdə bu ölümün avtomobil qəzası nəticəsində baş verdiyini bildirən xəbərlər çıxmışdı. Ancaq həqiqət göründüyü kimi deyildi. Mirabel bacıları Latın Amerikasındakı diktator Rafael Leonidas Truxilona meydan oxumuşdular, ölkələrindəki siyasi azadlıq əzmində mübarizə aparmışdılar. Beləliklə, diktatura tərəfindən təqib edilmiş, dəfələrlə həbs olunduqdan sonra nəhayət maşınlarından didərgin salınaraq təcavüz edildikdən sonra işgəncə ilə öldürülüblər.
Daha sonra Dominikan şairi Pedro Mir “Amen de Mariposas” (“Kəpənəklərin Amini”) adlı şeirində üç bacının öldürülməsini qınayır. Eyni dövrdə Dominikan Respublikası və ABŞ-da ən çox satılan müəllif Julia Alvarez Mirabel bacılarının həyatı haqqında romanını “Kəpənəklər dövründə” adı ilə nəşr etdirir. Bu kitab Mirabel bacılarını “kəpənəklər” kimi məşhur edir. 25 noyabr 2000-ci ildə Mirabel bacılarının cəsədləri qadın təşkilatları tərəfindən doğulduqları kəndə köçürülür.
Qadınların 69 faizi...
BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsinin (UNODC) verdiyi məlumata əsasən, dünya üzrə hər gün 137 qadın öldürülür. BMT-nin Demokratik Fondunun hesabatına görə, hər il 5 min qadın namus məsələsinə görə qətlə yetirilir. Qadınlarla bağlı baş verən cinayət hadisələrinin araşdırılması və təhlili göstərir ki, qurban seçilmiş qadınların 70 faizi ərləri və ya sevgililəri tərəfindən öldürülür. Dünyada hər üç qadından biri zorakılığın qurbanı olur. Hər beş qadından biri isə təcavüzə məruz qalır. Mütəxəssislərin 48 ölkədə apardıqları araşdırmaya görə, qadınların 69 faizi həyat yoldaşları tərəfindən döyülür, söyülür, incidilir və müxtəlif təcavüzə məruz qalırlar. Dünya üzrə qadınlarla bağlı zorakılıq hallarının, yəni cinayətlərin 29 faizi namus üstündə, 15 faizi həyat yoldaşını aldatmağa görə, 29 faizi ailəyə uyğunlaşmamağa görə, 10 faizi isə qan davası ilə bağlı olur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

