Dost ölkələrin humanitar diplomatiyası
11.12.2025 [11:32]
Heydər Əliyev Fondu ilə Türkmənistanın Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında imzalanan anlaşma memorandumuna əsasən birgə layihələr həyata keçiriləcək
Bu günlərdə Heydər Əliyev Fondu ilə Türkmənistanın Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb.
Memorandumu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva imzalayıblar.
Qeyd olunub ki, uzunmüddətli və səmərəli əməkdaşlığın təməlini qoyan sənəd, eyni zamanda, müxtəlif sahələrdə gələcək birgə layihələrin həyata keçirilməsinə yönəlib.
Heydər Əliyev Fondunun genişlənən beynəlxalq əlaqələri
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xoş mərama əsaslanmaqla respublikamızda və ölkə hüdudlarından kənarda reallaşdırdığı xeyriyyəçilik, humanitar-mədəni təyinatlı layihələr quruma bütün dünyada böyük nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Fondun beynəlxalq əlaqələri getdikcə genişlənir. Mehriban xanım Əliyeva təqdirəlayiq missiya yerinə yetirir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkə daxilində tarixi mədəniyyət abidələrinin qorunmasını əhatə edən çoxsaylı layihələr reallaşdırır. Fond tərəfindən belə layihələr həmçinin ölkə hüdudlarından kənarda da həyata keçirilir. Məsələn, fond tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası həyata keçirilib. Qoruğun bərpadan sonra açılışı 23 sentyabr 2016-cı il tarixində Bolqarıstanın Baş nazirinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub.
Heydər Əliyev Fondu tərəfindən Vatikanda reallaşdırılan layihələrin sayı da çoxdur. Bunlardan Müqəddəs Marçellinio və Pietro katakombalarının, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin, Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsinin, “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpasını misal göstərə bilərik. Bərpa işlərinin dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə etməsi Heydər Əliyev Fondunun bəşəri missiyasını, Azərbaycan xalqının tolerant və multikultural mahiyyətini əks etdirir. Mehriban xanım Əliyevanın bir qədər bundan əvvəl Vatikana uğurlu səfəri və bu səfər çərçivəsində baş tutan tədbirlər çox doğru olaraq mədəniyyətlərarası anlaşmanın və humanitar diplomatiyanın parlaq simvolu kimi dəyərləndirlir.
Bu gün yüksək səviyyədə olan Azərbaycan - UNESCO, Azərbaycan - İSESCO əməkdaşlıq əlaqələrinin genişlənməsində də Heydər Əliyev Fondunun mühüm rol oynadığını ayrıca qeyd etmək lazımdır. İndiyədək Fondun dəstəyi ilə ölkəmiz hər iki qurumun ayrı-ayrı tədbirlərinə böyük uğurla ev sahibliyi edib. Son olaraq respublikamızda elə bu günlərdə Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı baş tutub. Konfrans çərçivəsində Heydər Əliyev Fondu ilə ICESCO arasında Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsi və sosial inklüzivlik istiqamətində həyata keçirilən layihə ilə bağlı saziş imzalanıb.
Humanitar, sosial və təhsil sahəsində reallaşdırılan layihələr
Dost Türkmənistanı təmsil edən Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu 2021-ci ildə yaradılıb. Qurumun əsas məqsədi gənc nəslə dəstək olmaq, onların yaşayışı üçün münbit şərait yaratmaq, qayğıya ehtiyacı olan uşaqların sağlamlığının bərpasına kömək etməkdir. Bu günə qədər Fondun vəsaiti hesabına Türkmənistanda və digər ölkələrdə bir çox xeyriyyə və humanitar layihələr həyata keçirilib. Fondun humanizm, ədalət və xoşməramlı prinsiplərə söykənən fəaliyyəti, həmçinin dövlət tərəfindən dəstəklənir. Fond humanitar missiyasını beynəlxalq səviyyədə də həyata keçirir. BMT-nin Uşaq Fondu UNICEF ilə əməkdaşlıq edən Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu tərəfindən bugünə qədər Türkiyə, Ukrayna, Rusiya, Əfqanıstan, Tacikistan və Fələstində fövqəladə və təbii fəlakətlərdən zərər çəkmiş uşaqlara humanitar yardımlar da göndərilib.
Türkmənbaşıda imzalanan sənədlə təsbit olunmuş hədəflər tərəflərin gələcəkdə birgə səmərəli fəaliyyətinə imkan yaradacaq. Memorandumun imzalanması mərasimində baş tutan görüş zamanı sosial və təhsil sahələrində əməkdaşlıq, eyni zamanda, mədəniyyət və incəsənət üzrə layihələrin əhəmiyyəti vurğulanıb.
Görüşdə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə bir sıra ölkələrdə uğurla sərgiləndiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, müasir rəssamlar qrupunun heyrətamiz yaradıcılığının bəhrəsi olan MAMA “Ana təbiət“ incəsənət layihəsinə 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Mərkəzində start verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın ideya müəllifliyi ilə konseptual şəkildə hazırlanmış sərgi təbiəti passiv bir fon kimi deyil, əksinə, canlı, qidalandırıcı, davamlı və bərpaedici əsas qəhrəman kimi təqdim edir.
Sərgi iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə Bakı, Manama, Roma, London, Tbilisi və Berlində uğurla təqdim olunub. MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 31 ölkədən - ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən fərqli sənətkarları bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır.
Görüşdə hazırda sərginin Türkmənistanda da nümayiş olunması məsələsi üzərində əməkdaşlıq edildiyi bildirilib. Qeyd olunub ki, bu beynəlxalq layihə mədəni mübadilə və ətraf mühitin qorunması mövzusuna diqqət çəkmək üçün vacib bir platforma olacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

