Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Pul, skuter, mobil telefon və akkumulyator oğruları saxlanılıblar

Pul, skuter, mobil telefon və akkumulyator oğruları saxlanılıblar

16.12.2025 [21:58]

Paytaxtın Xətai rayonunda evlərin birində talama cinayəti baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək ayrı-ayrı vaxtlarda yaşadığı evdən naməlum şəraitdə 12 min 401 manatın oğurlandığını bildirib.

Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində onu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 31 yaşlı V. Məmmədov müəyyən edilərək saxlanılıb.

Paytaxtın Səbail rayonunda 1 nəfərə məxsus skuterin, digər vətəndaşın isə 3 min 800 manat dəyərində “İphone-17” markalı mobil telefonunun oğurlanması barədə də polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində talama cinayətini törətməkdə şübhəli bilinən E. Acalov və T. Kərimli müəyyən edilərək saxlanılıblar.

Nəsimi rayonunda isə evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən R. Vahabov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar nəticəsində onun başqasına məxsus avtomobildən akkumulyator və təmir alətləri talaması da məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 770 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30