Azərbaycanın Qayıdış strategiyası!
29.01.2026 [10:32]
İllərin nisgili doğma torpaqda sona çatır...
Torpaqlarımızın işğaldan azad edilməsinin ardından başlanan quruculuq işləri geniş vüsət alıb. Artıq 10 minlərlə keçmiş qaçqın və məcburi köçkün “Böyük Qayıdış” proqramı çərçivəsində öz dogma evinə, yurduna qayıdır. Bu proqram təkcə bir sosial hadisə deyil, həm də strateji əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərin bərpası, əhalinin geri dönməsi və iqtisadi fəallığın artması regionların inkişafına və milli birliyin güclənməsinə xidmət edir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir. Ötən gün Cəbrayıl rayonunun Horovlu kəndinə 20 ailə, 77 nəfər köçürülüb.
“İllərdir yurd həsrəti çəkirdim”
Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Alkərəmova Almaz illərdir yurd həsrəti çəkdiyini deyib: “Cəbrayıl işğaldan azad olunandan sonra oraya getmişdim, indi isə birdəfəlik köç edirik. Buna görə çox sevinirəm”.
Gənc yaşlarında yurdundan didərgin salındığını bildirən A.Almaz oğlu ilə birgə geri qayıtdığını qeyd edib.
“Doğma yurduma qayıtmağıma görə çox sevincliyəm”
Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Sonya Süleymanova Horovludan çıxanda 38 yaşı olduğunu qeyd edib: “Rayonda tibb bacısı işləyirdim. 33 il idi, həsrətlə bu günü gözləyirdik. Şükür, indi oğlumla birgə qayıdıram və çox sevincliyəm”.
Keçmiş məcburi köçkün, həmçinin bu günləri onlara yaşadanlara minnətdarlığını bildirərək qeyd edib: “Möhtərəm Prezidentimizə Allah cansağlığı versin, “Dəmir Yumruq” heç vaxt əyilməsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.
“Müəllim kimi Horovluda işləmək istəyirəm”
Keçmiş məcburi köçkün Lamiyə Mehrəliyevanın sözlərinə görə, məcburi köçkün düşəndə 8 yaşı var idi: “Bu gün artıq 41 yaşım var. Çox sevincliyəm, bu gün bizim üçün çox böyük gündür”.
Müəllim kimi çoxillik təcrübəyə malik olduğunu deyən L.Mehrəliyeva gələcəkdə məhz Cəbrayılda işini davam etdirmək istədiyini vurğulayıb: “Gələcək planlarımdan biri müəllim kimi Horovluda işləməkdir. 20 il Bakı məktəblərində müəllim işləmişəm və artıq işimi orada davam etdirmək istəyirəm”.
Keçmiş məcburi köçkün, həmçinin bu cür ləyaqətli qayıdışa görə Prezident İlham Əliyevə təşəkkür edib, qəhrəman Azərbaycan Ordusuna minnətdarlığını bildirib, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb.
Yeri gəlmişkən, yanvarın 27-də Zəngilan rayonunun Məmmədbəyli kəndinə də növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 20 ailə - 103 nəfər köçürülüb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Məmmədbəyli kəndi Azərbaycanın zəngin mədəni irsini yaşadan nadir yerlərdən biridir. “Böyük Qayıdış” layihəsi çərçivəsində kəndin infrastrukturu yenidən qurulub, sosial obyektlər fəaliyyətə başlayıb və əkinçilik üçün münbit torpaqlar istifadəyə verilib. Nəticədə bir zamanlar səssiz və tənha olan Məmmədbəyli indi həyat dolu bir kəndə çevrilir.
Bununla yanaşı, kəndin sosial və iqtisadi inkişafına yönəlmiş bir sıra layihələr həyata keçirilib. Məmmədbəyli kəndində yollar asfaltlanıb, ictimai iaşə obyektləri və bazar yerləri tikilib. Kənd məktəbi, uşaq bağçası və səhiyyə məntəqəsi yenidən fəaliyyətə başlayıb, sakinlərin gündəlik ehtiyacları rahatlıqla təmin olunub.
“Çox sevincliyik ki, uzun illərdən sonra vətənimizə qayıdırıq”
Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Məhbubə Həsənova uzun illərdən sonra doğma yurduna qovuşduğu üçün çox sevincli olduğunu deyib: “Bu sevinc sözlə ifadə olunacaq kimi deyil. Həm qürur, həm həsrət, həm də minnətdarlıq hissləri bir-birinə qarışır.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Ordumuzu qorusun. Onların fədakarlığı sayəsində bu günləri yaşayırıq”.
M.Həsənova əlavə edib: “O dövrdə baş verən hadisələri tam xatırlamıram. Amma ailəmin danışdıqları, illərlə qəlbimizdə daşıdığımız nisgil, itirilmiş yurd həsrəti mənim yaddaşımda dərin iz buraxıb”.
“Doğma yurda qayıtmaq insanı fərəhləndirir”
Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Əkbər Hüseynov söyləyib ki, bu qələbədə əziyyəti olan hər kəsin haqqı ölçüyəgəlməzdir: “Bu gün ailəmlə birlikdə doğma yurduma qayıdıram. Doğma yurdumdan məcburi köçkün düşəndə 36 yaşım var idi. Bu gün 69 yaşımda geri dönürəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların fədakarlığı sayəsində bu gün ?ətən torpağında addımlayırıq”.
O, əlavə edib ki, uzun illərdən sonra doğma yurda qayıtmaq insanı fərəhləndirir, həm də kövrəldir. Elə anlar var ki, sözlə ifadə etmək olmur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53

