Daxili dünyamızı eşitdirən “dil”...
16.04.2026 [08:39]
Niyə hamının səsi fərqlidir?
Hər bir insanın səsi sanki onun daxili dünyasının aynasıdır. Eyni sözləri desək belə, fərqli səslərlə həmin sözlər tamam başqa məna və hisslər qazana bilir. Birinin sakit və yumşaq tonu rahatlıq gətirdiyi halda, digərinin sərt və qəti səsi qərarlılığı ifadə edir. Bu, səsin sadəcə fiziki bir vasitə deyil, həm də emosional bir dil olduğunu göstərir.
Səsimiz doğulduğumuz andan bizimlədir və zamanla formalaşaraq şəxsiyyətimizin bir hissəsinə çevrilir. Uşaqlıqda incə və zəif olan səs illər keçdikcə güclənir, təcrübə və yaşantılarla daha dərin çalarlar qazanır. Hər gülüş, hər kədər, hər sevinc səsimizdə iz buraxır. Buna görə də bəzən bir insanın səsini eşitmək onun keçirdiyi hissləri anlamaq üçün kifayət edir.
Bizə bəxş edilən bu nemətlə ünsiyyət qururuq, sevinc, kədər kimi hisslərimizi və fikirlərimizi ifadə edirik. İnsan səsi müxtəlif tonlarına görə, bu günə qədər düzəldilmiş musiqi alətlərindən milyon dəfələrlə üstün quruluşa və funksiyaya malikdir. Musiqi alətləri zaman keçdikcə köhnəlir, xarab olur, qulluğa ehtiyacı olur, ancaq səsimiz xarab olmadan, köhnəlmədən, özü-özünə qulluq edərək ömrümüz boyu bizə xidmət edir.
Bir səsin yaranması zamanı ən az 11 xarakterik nöqtə təsirlidir. Bunlar nəfəs ilə başlayan və içində səs teli, qırtlaq, boğaz, dil, diş, dodaq ünsürləridir. Bu 11 xüsusiyyət səsin yaranmasına təsir edir. Səsin yaranmasında beynin göndərdiyi siqnallar təsirli olduğu üçün insanın daxilindəki vəziyyət, gözlərdən və qulaqlardan gələn siqnallar da effektlidir.
Qadınların səsi niyə incədir?
Maraqlısı budur ki, eyni səs tonuna sahib iki insanın olması mümkünsüzdür. Bəlkə də müəyyən təhsillə bənzər səslərin çıxarılması mümkün ola bilər, ancaq insanlar eyni səs tonuna malik ola bilməzlər. Qadınların səslərinin kişilərlə müqayisədə daha incə bir xüsusiyyətə sahib olmasının səbəbi səs tellərinin quruluşu ilə əlaqəlidir. Qadınlara aid səs tellərinin uzun olması, onların səsinin daha incə olmasına səbəbdir. Kişilərin səs tellərinin qısa olması isə qalın quruluşa sahib olmalarına şərait yaradır.
Səslə bağlı maraqlı faktlar...
BBC-nin elmi proqramı “The Curious Cases of Rutherford & Fry” insan səsi ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı maraqlı faktlar əldə edilib:
Araşdırmaya görə, körpələr valideynlərinin aksentini hələ ana bətnində olarkən mənimsəməyə başlayırlar. Tədqiqatçılar Fransa və Almaniyada yeni doğulan körpələri müşahidə edərək müəyyən ediblər ki, körpələrin ağlaması səsi onların ana dilinin vəznini təkrarlayır. Bu xüsusiyyət əsasında körpələri onların ağlama səsinə uyğun olaraq ölkələrinə müvafiq ayırmaq mümkündür.
Səsin əmələgəlmə prosesi döş qəfəsindən başlayır - nəfəs aldığımız havanı boğazımızdakı səs aparatına göndərdiyiniz zaman səs əmələ gəlir. Səs tellərindən hava axını keçəndə həmin tellər titrəməyə başlayır, nəticədə, cingiltili bir səs yaranır. Bundan sonra çənə, dil və damağın yumşaq hissəsi hərəkətə gəlməklə səs formalaşır.
Oğlanlarda yeniyetmə yaşlarında səs yoğunlaşır - çünki kişilərdə boğazın səs telləri həmin dövrdə aşağı enir, boğazlarında xirtdək əmələ gəlir. Səs telləri ilə ağız arasında məsafə uzanır və nəticədə kişilərin səsi daha yoğun çıxır.
İnsan yaşa dolduqca, onun əzələləri, səs telləri boşalır, nəticədə, yaşlı insan danışanda səs aparatından hava kənara sızır və danışıq səsinə nəfəs səsi də qarışır. Eyni zamanda, uzun cümlələrlə də danışmaq mümkün olmur, çünki nəfəs çatmır. Yaşlaşanda əzələlər boşaldığından, səs yenidən nazilə bilir.
Araşdırma zamanı insan səsinin bədəndən daha yavaş sürətlə yaşlaşdığı müəyyən edilib.
Səsin gümrah çıxmasını necə təmin etməli?
Yaşa dolduqca bədənimiz kimi, səsimizin də tellərini sağlam saxlamaq üçün vaxtaşırı məşq etdirməliyik. Məsələn, xora yazılmaq ola bilər. Həm səsiniz qaydasında olacaq, həm də əylənəcəksiz, insanlarla ünsiyyətdə olacaqsınız.
Qeyd edək ki, bu gün Ümumdünya Səs Günüdür. Səs gününün qeyd olunması 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb. 2002-ci ildən Amerika Baş və Boyun Cərrahiyyəsi Akademiyasının təşəbbüsü ilə hər il aprelin 16-sı Ümumdünya Səs Günü kimi qeyd olunur. Həmin günün əsas məqsədi ictimaiyyəti səsin insan həyatındakı rolu və əhəmiyyəti, səsdə yarana biləcək problemlər haqqında informasiya verməkdən ibarətdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59

