/ / Dövlət Əmək Müfəttişliyi Xidməti ilə həyat sığortası şirkətləri arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb
Dövlət Əmək Müfəttişliyi Xidməti ilə həyat sığortası şirkətləri arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb
27.12.2013 [09:11]
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə bir sıra sığorta şirkətləri arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş əməyin mühafizəsi və istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin edilməsi sahəsində sığorta şirkətləri ilə qarşılıqlı faydalı əlaqələrin yaradılmasına xidmət edir.
Nazirlikdən verilən məlumatda bildirilir ki, sazişin imzalanma mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev bildirib ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 11 may 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün işəgötürənlər qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir.
Bununla bağlı olaraq, aidiyyatı sahəyə dövlət nəzarətini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə icbari sığortanın bu növü üzrə lisenziyaya malik sığorta şirkətləri arasında qarşılıqlı səmərəli əməkdaşlığın qurulması zəruridir.
İşçilərin qeyd olunan icbari sığorta növünə cəlb olunması sığorta hadisəsi baş verdikdə onların sosial təminatı, eyni zamanda, belə hadisələr zamanı işəgötürənlərin müəyyən maliyyə məsrəflərindən azad olmaları, digər tərəfdən ölkədə sığorta bazarının inkişafı üçün olduqca vacibdir. Əməkdaşlıq şəraitində aparılacaq işlərdə əsas məqsəd ilk növbədə işəgötürənlər arasında müvafiq məlumatlandırma və təşviqat xarakterli tədbirlərin həyata keçirilməsi olacaq.
Sazişdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi, müəyyən olunmuş qaydada sığorta hadisələrinin araşdırılması, istehsalatda bədbəxt hadisə baş verdiyi hallarda təhqiqat materialları üzrə məlumatların əldə edilməsi və s. kimi əməkdaşlıq sahələri əhatə edilib.
Həmçinin, sənəddə tərəflərin qarşılıqlı razılığı əsasında tələbatdan və istiqamətlərdən asılı olaraq müvafiq əməkdaşlıq formaları (məlumat və sənədlərin mübadiləsi, informasiya ehtiyatları üzrə məlumat bazalarının inteqrasiyası, istehsalatda bədbəxt hadisələrdən icbari sığorta sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsində aşkarlanan qanun pozuntularının aradan qaldırılması və s.) əksini tapıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

