/ / Xocavəndli məcburi köçkünlər onların sağlamlığına göstərilən diqqət və qayğını yüksək qiymətləndirirlər
Xocavəndli məcburi köçkünlər onların sağlamlığına göstərilən diqqət və qayğını yüksək qiymətləndirirlər
25.02.2014 [09:04]
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində də əhalinin tibbi müayinəsi uğurla davam edir.
Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva AzərTAc-a bildirib ki, Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Yeni Qaradağlı qəsəbələrində məskunlaşmış məcburi köçkünlərin tibbi müayinəsi mərkəzi rayon xəstəxanasında aparılır. Bu qəsəbələrin əhalisinin müayinəsi başa çatdıqdan sonra Beyləqan və Ağcabədi rayonunda məskunlaşmış digər məcburi köçkünlər də aksiyaya cəlb olunacaqlar. Beyləqan rayonu ərazisində 4640, Ağcabədi rayonunda isə 2107 nəfər xocavəndli məcburi köçkünün müayinə edilməsi nəzərdə tutulub.
Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nurəngiz Bəşirova bildirib ki, dövlətimizin başçısının əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən xocavəndli məcburi köçkünlər tibbi müayinədə fəal iştirak edirlər. Fevralın 17-dən indiyədək 1460 nəfər sakin tibbi müayinədən keçirilib. Sakinlər terapevt, cərrah, lor, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərin qəbulunda olur, kardioqram, ultrasəs, rentgen və sair müayinələrdən keçirilir. Xəstəlik aşkar edilmiş sakinlər stasionar və ambulator müalicəyə cəlb ediləcəklər.
Xocavənd qəsəbəsindəki mərkəzi rayon xəstəxanasında tibbi müayinədən keçən Tuğ kənd sakini Cəlal Gözəlov AzərTAc-a müsahibəsində yaradılan şəraitdən, aksiyanın təşkilindən razılığını bildirərək deyib: “Həkimlər məni hərtərəfli müayinə etdilər. Müayinə zamanı məndə qan təzyiqi aşkarlanaraq müalicə kursu təyin edildi. Biz köçkünlər sağlamlığımıza göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarıq”.
Xəstəxanada tibbi müayinədən keçən Salakətin kənd tam orta məktəbinin müəllimi Telli Alıyeva bildirib ki, insanlar çox zaman vaxtında tibbi müayinədən keçmir, sağlamlıqları barədə məlumatlı olmurlar. Bəzən xəstəliklər gec aşkara çıxdığından onların müalicəsi də çətinləşir. Odur ki, aksiya xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə edilməsi baxımından çox əhəmiyyətlidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

