“Sovetski”nin sökülməsi infrastruktur baxımdan Bakıya gözəllik verəcək
05.03.2014 [09:41]
Əsas məqsəd “Sovetski” adlanan ərazidə yaşayan əhalinin daha müasir yerlərdə yaşamasını təmin etməkdir
Son on ildə Azərbaycanda gedən abadlıq-quruculuq işləri şəhərsalmanın da inkişafında yeni dövrün başlanğıcını qoyub. Belə ki, şəhərlərimiz simasını dəyişir, yeni parklar, xiyabanlar salınır, milli memarlığımızın zəngin ənənələrinə əsaslanan çox gözəl binalar inşa edilir. Bütün bunlar Azərbaycan gerçəkliyini təşkil edir və abadlıq-quruculuq işlərinin real nəticələridir.
Ölkə paytaxtı ilə yanaşı, respublikamızın digər şəhər və rayon mərkəzlərində inşa edilən yeni mehmanxanalar, gözəl park və xiyabanlar, mədəniyyət evləri, kinoteatr və teatr binaları müasir şəhərsalmanın ən yeni nailiyyətlərinə əsaslanır ki, bu da təsadüfi deyil. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev şəhər və kəndlərimizi gözəl görmək istəyirdi. Eyni zamanda, memarlıq sənətinin inkişafına xüsusi diqqət yetirirdi. Məhz bunun nəticəsidir ki, Ulu öndər hakimiyyətdə olduğu illərdə müasir memarlıq nümunəsi olan bir sıra kino, teart, mehmanxana binalarının inşasının təşəbbüsçüsü olub və həmin binaların bir çoxu bu gün də şəhərlərimizin memarlıq ansamblının ən layiqli nümunələridir.
Eyni zamanda, Azərbaycanda demək olar ki, hər gün müxtəlif təyinatlı yeni bir binanın açılış mərasimi keçirilir. Onlar arasında idman kompleksləri, konsert sarayları, məktəblər, gənclər mərkəzləri, ən əsası isə bir-birilərindən gözəl parklar və s. var. Avropa ölkələrinin şəhərsalma statistikasına nəzər salanda görürük ki, bu gün Azərbaycan regionlarında salınan parkların sayı Avropa ölkələrindəkindən qat-qat çoxdur.
“Sovetski”də yerləşən evlərin bir çoxu köhnə və yöndəmsiz olmaqla yanaşı, həm də qəzalı vəziyyətdədir
Yeri gəlmişkən, hazırda Bakının köhnə “Sovetski” adlanan ərazisinin yenidən formalaşdırılması ilə bağlı da dövlət tərəfindən xüsusi plan həyata keçirilir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunan plana görə, sökülən evlərin yerində hansısa bir yaşayış binası və ya obyekt tikilməyəcək. Evlər ərazidə salınacaq parka görə sökülür. Eyni zamanda, ərazidə yerləşən evlərin bir çoxu köhnə və yöndəmsiz olmaqla yanaşı, həm də qəzalı vəziyyətdədir.
Bundan əlavə, artıq Bakının regional inkişaf planına əsasən, 2030-cu ilə qədər paytaxtda hansı ərazilərin söküləcəyi də məlumdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, söküntü işləri Bakının mərkəzi hissəsində olan azmərtəbəli binalardan başlanılaraq aparılacaq.
Qeyd etmək lazımdır ki, bu gün “Sovetski” adlanan ərazi və digər bu tip yerlər paytaxtın bütün landşaftını korlayır. Həmçinin, oradakı evlər artıq yaşanmaz haldadır. Sözügedən ərazilərin sökülməsi infrastruktur baxımdan Bakıya gözəllik verəcək, ona görə ki, orada bir dənə də olsun, baxımlı bina qalmayıb.
Yeri gəlmişkən həkim-kardioloq Qalib Bağırov deyib ki, sözügedən ərazidə yerləşən binalar insanların səhhəti üçün də bəzi problemlər yaradır. Onun sözlərinə görə, Sovet dövründə Bakıda inşa olunan yaşayış binalarının böyük əksəriyyəti paneldəndir: “Halbuki panel evlər insan orqanizmi üçün təhlükə yaradır. Bu cür evlərdə yaşayanların bir çoxu revmatizm, böyrək ağrıları kimi xəstəliklərdən əziyyət çəkir. Digər tərəfdən, qışda panel evlər daş binalarla müqayisədə çox soyuq olur. Həmçinin, yay aylarında temperatur yüksəldikcə, istidən orada oturmaq müşkül məsələyə çevrilir”.
Əgər şəhər müasirləşirsə, mütləq köhnə binalar sökülməlidir
Öz növbəsində əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, ərazidə yerləşən binaların əksəriyyəti mövcud tikinti və yaşayış normalarına uyğun gəlmir: “Kommunikasiya sistemləri yaxşı vəziyyətdə deyil. Son dövrlərdə daşınmaz əmlakın hər bir kvadratmetrinin qiymətinin 1500 manatdan az olması müəyyən edilib. Buna baxmayaraq, sakinlərə 1500 manat təklif olunur və bu da bazar qiymətinə uyğundur. Eyni zamanda, əsas məqsəd “Sovetski” adlanan ərazidə yaşayan əhalinin daha müasir yerlərə köçürülməsini təmin etməkdir. Bakımız günü-gündən gözəlləşir və inkişaf edir. Əgər şəhər müasirləşirsə, mütləq köhnə binalar sökülməlidir”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35

