/ / Dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən tibbi müayinələrdən Binəqədi rayonunun 35 minə yaxın sakini yararlanıb
Dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən tibbi müayinələrdən Binəqədi rayonunun 35 minə yaxın sakini yararlanıb
08.03.2014 [09:47]
Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi barədə tapşırığı respublikamızın hər yerində olduğu kimi, Binəqədi rayonunda da uğurla icra edilir.
AzərTAc xəbər verir ki, fevralın 17-dən martın 6-dək rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrində 34 min 227 rayon sakini dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən pulsuz tibbi müayinələrdən yararlanıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirib ki, müayinə olunanlardan 2 min 761 nəfərə ambulator, 186 nəfərə isə stasionar müalicə kursu təyin edilib.
Xocasən Sağlamlıq Mərkəzində də rayon sakinlərinin tibbi müayinəsi üçün bütün lazımi şərait yaradılıb. Müayinələr başlayandan indiyədək mərkəzdə 2 mindən artıq sakin təcrübəli həkimlər tərəfindən hərtərəfli yoxlanılıb. Xəstəlik aşkarlanan 40 nəfər müalicəyə cəlb olunub.
Mərkəzin baş həkimi Loğman Əliyev dövlət başçısının tapşırığı ilə keçirilən bu aksiyanın xəstəliklərin erkən aşkarlanması baxımından böyük əhəmiyyəti olduğunu vurğulayıb. Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi proqramların başlıca istiqamətləri tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin daha dolğun təşkilidir.
Baş həkim sutka ərzində fəaliyyət göstərən mərkəzin də dövlət proqramı çərçivəsində ən müasir avadanlıqlarla təchiz edildiyini və burada yüksək ixtisaslı həkimlərin çalışdığını diqqətə çatdırıb.
Rayon sakini Arif Babayev deyib: “Bütün müayinələrdən keçdim. Sağ olsunlar, mərkəzin həkimləri və tibb bacıları məni xoş üzlə qarşıladılar. Burada sakinlərin müayinəsi üçün bütün lazımi şərait yaradılmışdır. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu aksiya onu göstərir ki, dövlətimizin başçısı hər bir ölkə vətəndaşının salamlığının qeydinə qalır”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12

