Səbail rayon məktəbliləri Ulu öndər Heydər Əliyevin zəngin irsinə böyük maraq göstərirlər
05.04.2014 [10:50]
Səbail rayonunun ümumtəhsil məktəblərində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədilə 11-ci sinif şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında açıq dərslərin keçirilməsi davam edir.
Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, fevral-mart aylarında bu dərslər Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilib.
Dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədilə xüsusi cədvəl tərtib olunub, rayonun orta və ali məktəblərinin peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən tarix müəllimləri seçilərək onlar üçün seminar keçirilib.
Açıq dərslərin keçirildiyi müddətdə rayon məktəblərinin 11-ci sinif şagirdlərinin Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatındakı Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinə ekskursiyaları və Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması nəzərdə tutulub.
Səbail rayonunda növbəti açıq dərs Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) iclas zalında keçirilib. Dərsdə 150 nəfər 11-ci sinif şagirdi, rayon İcra Hakimiyyətinin əməkdaşları, pedaqoji işçilər, həmçinin universitetin müəllimləri iştirak ediblər.
Əvvəlcə şagirdlər və qonaqlar Ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə çiçəklər düzüblər. Sonra universitetdəki Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. Ulu öndərin muzeydə nümayiş olunan fotoları, xüsusilə Onun Dövlət Pedaqoji Universitetində keçirilən tədbirlərdə iştirakı ilə bağlı stendlər məktəblilərdə xoş təəssüratlar oyadıb.
İki nömrəli texniki humanitar elmlər liseyinin tarix müəlliməsi Sevil Nəsibova, ADPU-nun tarix fakültəsinin professoru Mais Əmrahov və dosenti Rəcəb Əliyev dahi rəhbər Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzü şəraitində, işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanda müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyətindən danışıblar.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

