/ / Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin növbəti iclasında bir sıra mühüm qərarlar qəbul edilib
Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin növbəti iclasında bir sıra mühüm qərarlar qəbul edilib
10.04.2014 [09:18]
Aprelin 9-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
Birinci məsələnin müzakirəsi zamanı bildirilib ki, AMEA-nın Botanika İnstitutunun alimləri eukariot genomlarının təşkili, ekspressiyası və təkamülünün xüsusiyyətlərinin kompyuter analizi sahəsində mühüm tədqiqatlar aparıb, bir sıra bioinformatik analiz vasitələri əldə ediblər. Bu işlər institutun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin rəhbəri, AMEA-nın həqiqi üzvü, professor Cəlal Əliyev və bioinformatika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru İlham Şahmuradovun rəhbərliyi ilə həyata keçirilib.
Qeyd olunub ki, araşdırmalar əsasında fundamental və praktiki əhəmiyyət kəsb edən bir sıra önəmli nəticələr alınıb.
İclasda bioinformatika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru İlham Şahmuradovun həmin araşdırmaların nəticələrindən bəhs edən “İnteqrativ biologiya və bioinformatika” mövzusunda məruzəsi dinlənilib.
Bildirilib ki, aparılan tədqiqatlar sayəsində insan, heyvan və bitki genomlarının fəaliyyətini tənzimləyən bəzi elementlərin axtarışı üzrə yüksək dəqiqliyə malik kompyuter proqramları, bitki promotorları üzrə məlumat bazası yaradılıb. Ali bitkilərdə plastid və mitoxondrilərdən nüvəyə gen transferinin bir sıra təkamül və funksional xüsusiyyətləri aşkar edilib.
Diqqətə çatdırılıb ki, bioinformatika sahəsində elmi terminlər üzrə Azərbaycan dilində ilk izahlı lüğət tərtib olunub. Həmçinin qeyd edilib ki, son 15 ildə biologiyanın inkişafında digər önəmli məqam müxtəlif elm sahələrindən bilik və tədqiqat vasitələri əsasında elmlərarası yeni bir sahənin - inteqrativ biologiyanın formalaşması və sürətlə inkişaf etməsidir.
Bildirilib ki, eukariot genomlarının təşkili, ekspressiyası və təkamülünün xüsusiyyətlərinin kompyuter analizi sahəsində aparılmış tədqiqatlar nəticəsində insan, heyvan və bitki genomlarının fəaliyyətini tənzimləyən bəzi elementlərin axtarışı üzrə yüksək dəqiqliyə malik kompyuter proqramları, bitki promotorları üzrə məlumat bazası yaradılıb. Ali bitkilərdə plastid və mitoxondrilərdən nüvəyə gen transferinin bir sıra təkamül və funksional xüsusiyyətləri aşkar edilib.
Vurğulanıb ki, tədqiqatlarda ABŞ-ın, Birləşmiş Krallığın, Pakistanın və Səudiyyə Ərəbistanı Krallığının aparıcı elmi mərkəzlərinin alimləri də iştirak edib, nəticələr barədə beynəlxalq elmi konfranslarda məruzələr dinlənilib.
İclasda AMEA-nın 70 illik yubileyinə həsr olunmuş tədbirlər planının layihəsi müzakirə edilib, bu sənəd təkmilləşdirildikdən sonra Nazirlər Kabinetinə təqdim olunması barədə qərar qəbul olunub.
AMEA rəyasət heyətinin iclasında, həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı akademiyanın və onun aidiyyəti qurumlarının üzərinə düşən vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb.
Akademiyanın rəyasət heyətinin qərarı əsasında AMEA-nın bir sıra alimləri adlı mükafatlara layiq görülüblər. Bildirilib ki, mükafatların təsis olunmasının məqsədi elmin inkişafında mühüm nailiyyətlər əldə edən alimləri daha yüksək səviyyəli tədqiqatlara həvəsləndirmək və Azərbaycanda görkəmli alimlərinin xatirəsini əbədiləşdirməkdir.
Aktual elmi və texnoloji problemlərin həllinə yönəlmiş elmi-tədqiqat proqramlarının seçilməsi və maliyyələşdirilməsi üçün müsabiqə elan edilməsi, həmçinin AMEA üzvlüyünə seçkilərlə əlaqədar elmi bölmələrdə ekspert komissiyalarının yaradılması haqqında qərarlar qəbul edilib. Eyni zamanda, akademiyanın yeni nizamnamə layihəsi bəyənilib və ümumi yığıncağın müzakirəsinə verilməsi qərara alınıb.
Rəyasət heyətinin növbəti qərarları ilə AMEA-nın 19 institut və təşkilatının direktorlarının təyinatları təsdiq olunub, Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsinin icrası isə Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Validə Əlizadəyə həvalə edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

