Xəyanətin qurbanına çevrilmiş LAÇIN!
20.05.2014 [08:54]
Laçın rayonunun ermənilər tərəfindən işğal olunmasından 22 il ötür...
Mayın 18-də Laçın rayonunun erməni işğalçıları tərəfindən işğal olunmasının 22-ci ildönümü tamam oldu. İşğal nəticəsində 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub. İşğal nəticəsində rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib. Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına məcburi köçkün düşüb...
Azərbaycanın qala qapısı adlandırılan Laçın rayonu strateji cəhətdən olduqca mühüm əhəmiyyətə malik bir ərazi sayılır. Şuşanın işğalının ardından artıq Laçın demək olar ki, hər an erməni hücumu ilə üz-üzə dayanmışdı. Həmin dövrdə isə paytaxtda Ayaz Mütəllibovla AXC-“Müsavat” cütlüyü arasında hakimiyyət uğrunda savaş başlamışdı. Məhz bunun nəticəsi idi ki, mayın 8-i, Şuşanın işğal günündən sonra AXC-”Müsavat” qruplaşmasının rəhbərlərinin yaratdığı və öz maraqlarının qulluqçusuna çevirdikləri “könüllü özünümüdafiə” dəstələrini və milli ordu adı altında fəaliyyət göstərən silahlı qrupları Laçının ərazisinə çəkirdilər. Onların başı paytaxtda vəzifə davasına qarışdığı bir dövrdə Laçın hazırlıqsız şəkildə erməni həmləsinin hədəfinə çevrilirdi.
1992-ci il may ayının 17-də ermənilər Laçın rayonunu güclü artilleriya atəşinə tutdular. Rayonu müdafiə etməyə çalışan yerli insanlar yaşlıları və körpələri rayonun çıxacağına yığmışdılar. Onlar hələ də paytaxtdan xəbər və kömək gözləyirdilər. Amma bilmirdilər ki, cəbhə bölgəsindən çıxarılan silahlı dəstələr Bakıya AXC-“Müsavat” qruplaşması ilə Ayaz Mütəllibov arasındakı savaşda tərəf olmağa gedib. Həm də torpağını erməni işğalına tərk etmək bahasına...
1992-ci ilin mayın 18-də Laçının işğalı ilə Ermənistandan Dağlıq Qarabağa dəhliz açıldı və bu “humanitar dəhliz”, əslində, qanlı körpüyə çevrildi. Laçın vasitəsilə qısa zamanda külli miqdarda silah, döyüş sursatı, hərbi qüvvə həmin əraziyə daşındı. Bu isə digər rayonların işğalına münbit şərait yaratdı...
Laçınlıların kompakt yaşadığı ərazi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsidir. 70,5 min nəfər Laçın əhalisinin 13 min nəfəri bu gün Taxtakörpüdə məskunlaşıb yaşayır, rayonun inzibati idarələri də məhz burada yerləşir. Laçın rayonunun respublikanın fərqli bölgələrində fəaliyyət göstərən 20 ümumtəhsil məktəbi, 3 səhiyyə və 6 mədəniyyət müəssisəsi cari və əsaslı təmir olunub, uşaq bağçaları tikilib istifadəyə verilib. Taxtakörpü qəsəbəsində laçınlı şəhidlərin adlarının əbədiləşdirilməsi üçün Xatirə Kompleksi ucaldılıb. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Dövlət Proqramına əlavələrə müvafiq olaraq bu ərazidə məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə bağlı problemləri həllini tapıb. Bundan başqa Taxtakörpü qəsəbəsinə təbii qaz xəttinin çəkilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Dövlət Neft Şirkətinə müraciət əsasında bu problem də aradan qaldırılır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrin icrası əsasında Laçın rayonundan olan 313 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı Taxtakörpü, 239 laçınlı ailəsinin məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki “Alman” və “Yasıyol” fin tipli qəsəbələrindəki sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni qəsəbə tikilib.
Laçın sakinləri bu gün də öz doğma yurdlarının həsrətilə yaşayırlar. Amma inanırlar ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs işğal altında olan torpaqlarımızın azadlığına yol açacaq. Prezident İlham Əliyev hər zaman laçınlıların problemlərinin həlli ilə yaxından maraqlanır, onların sosial vəziyyətlərinin yüksəldilməsi, yaşayış təminatının yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayır. Bu gün ölkəmizin yürütdüyü xarici siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üstünlük əldə etməmizə şərait yaradıb. İqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanın güclü ordusu var və Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etmək üçün hər bir vasitədən istifadə etməyə qadirdir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32

