/ / M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Oksford Universitetinin alimləri ilə görüş keçirilib
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Oksford Universitetinin alimləri ilə görüş keçirilib
23.07.2014 [09:40]
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Oksford Universitetinin alimləri ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimai-siyasi və mədəniyyət xadimləri iştirak ediblər.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva görüşü açaraq ötən ilin oktyabrında Oksford Universitetinin Şərqşünaslıq Departamentinin dəvəti ilə həmin təhsil ocağında olduğunu bildirib.
Rektor dünyanın ən qədim və nüfuzlu təhsil ocaqlarından biri sayılan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdırıb, belə bir Mərkəzin yaradılmasının elmi əhəmiyyətini vurğulayıb, bu əlamətdar hadisənin Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyəti ilə bərabər gələcək nəslin elmi potensialının zənginləşdirilməsi baxımından xüsusi çəkiyə malik olduğunu qeyd edib.
Rektor bildirib ki, Elmi Mərkəzin açılması ilə bağlı qərarın qəbul edilməsində Oksford Universitetinin bugünkü görüşdə iştirak edən alimlərinin böyük dəstəyi olub. Professor Nərgiz Paşayeva deyib: “Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetinin tam hüquqlu bir hissəsi kimi fəaliyyət göstərəcək. Mərkəzin dəyəri və sanbalı da məhz bundadır. Nizami Gəncəvi bəşəri dəyərləri vəsf edən böyük bir simadır. Nizami Gəncəvinin yaradıcılığı bütün bəşəriyyətə məxsusdur. Nizami Gəncəvi böyük İslam mədəniyyətinin dünya mədəniyyətinə bəxş etdiyi şəxsiyyətdir. Bu mütəfəkkir hələ XII əsrdə insanları bu günün əsas problemi olan tolerantlığa, humanizmə çağırırdı. Nizami Gəncəvi Azərbaycan torpağında yaşayıb yaratmışdır. Nizaminin idealları bu gün də əhəmiyyətlidir. Böyük mütəfəkkir Avropaya, dünyaya ancaq alimlərin və elmin çiynində təqdim olunmalıdır”.
AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva Elmi Mərkəzə Nizami Gəncəvinin adının verilməsində dəstək olan Oksford Universitetinin bütün alimlərinə təşəkkürünü bildirərək deyib: “Mərkəzin dəyəri ondan ibarətdir ki, o, Nizami Gəncəvinin adını daşıyacaq və Oksford Universitetinin bir qurumu kimi dünyada qəbul ediləcək. Elmi Mərkəz Azərbaycan və onun yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin araşdırılması üzrə Böyük Britaniyada təsis edilən ilk elmi tədqiqat ocağıdır. Mərkəz Oksford Universitetində keçiriləcək tədbirlərin, tədqiqatların və Azərbaycan ilə bağlı digər fəaliyyət növlərinin təqvimini tərtib edəcək”.
Nizamişünaslığın hazırda həllini gözləyən bir elm sahəsi olduğunu vurğulayan Nərgiz Paşayeva bildirib ki, bu, bizim vaxtilə ədəbiyyatşünaslığımıza töhfə verən alimlərin aqibəti kimi olmamalıdır. Nizami Gəncəvi haqqında kitablar çoxdur, amma onların heç biri akademik ranqda ingilis və ya fransız dillərinə tərcümə olunmayıb. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Azərbaycan alimlərinin, şərqşünaslarının, türkoloqlarının gözəl əsərləri var. Bizim borcumuzdur ki, bunları bir daha həm özümüzə, həm də belə bir müstəvidə Oksford Universitetinin alimlərinə tanıdaq. Azərbaycanın elm adamlarının ingilis, fransız, alman dillərində çap edilən və geniş elmi aləmə məlum olan kitabları azdır. Yeni Elmi Mərkəz açılandan sonra, əlbəttə ki, bu elmi problemlərin həllinə sistemli şəkildə başlanılacaq.
Oksford Universitetində İranşünaslıq bölməsinin rəhbəri Edmund Martin Herzig təmsil etdiyi təhsil ocağında şərqşünaslıq bölməsinin yaradılmasının tarixindən danışaraq akademik səviyyədə əlaqələrin önəmini qeyd edib, azərbaycanlı həmkarları ilə birgə fəaliyyət üçün işlərin çox olduğunu diqqətə çatdırıb. Qədimliklə yeniliyin vəhdətinin çox vacib məqam olduğunu söyləyən alim bunun fəal əməkdaşlığın bünövrəsi kimi dəyərləndirib. Alim vurğulayıb ki, azərbaycanlı həmkarlarının əsərlərinin tərcüməsinə dəstək olmağa hazırdır.
İngiltərəli oxuculara şərq ədəbiyyatının tanıdılmasında Oksford Universitetinin rolunu qeyd edən alim bu təhsil ocağının digər qurumlarla əlaqələrindən danışıb.
Oksford Universitetinin Şərqşünaslıq İnstitutu, Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin aparıcı elmi tədqiqatçısı Robert Cerard Hoyland Azərbaycan tarixinin zənginliyindən, ədəbiyyatımızla daha yaxından tanış olmaq arzusundan söz açıb. Alim bildirib ki, Mərkəzdə tariximiz tədqiq ediləcək, təcrübə mübadiləsi aparılacaq.
Azərbaycan alimlərinin əsərlərinin dünyaya hələ lazımınca tanış olmadığını söyləyən Robert Cerard Hoyland ən parlaq Azərbaycan xadimlərinin əsərlərini tərcümə edib daha geniş ingilis dilli auditoriyaya tanıtdırmaq təşəbbüsünün vacibliyindən danışıb. Qədim Bərdə şəhərində aparılan arxeoloji tədqiqatlardan söhbət açan alim Azərbaycanda sivilizasiyaların dinc yanaşı yaşadığını söyləyib.
Robert Cerard Hoyland Moskva Dövlət Universitetinin Bakı filialının Oksford Universiteti ilə yeni müstəvidə yaradılan əlaqələrinin əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib.
Professor Nərgiz Paşayeva auditoriyaya müraciət edərək belə layihələrin reallaşmasına hər zaman dəstək olan elm xadimlərinə təşəkkürünü bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Dövlət Universitetində ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərov Azərbaycanda intellektual maraqların olduğunu bildirib. Nizami Gəncəvinin adını daşıyan Mərkəzin Avropanın nüfuzlu Oksford Universitetində yaradılmasının təsadüfi hadisə olmadığını bildirən Nizami Cəfərov qeyd edib ki, müasir Azərbaycanın coğrafi ərazisi minilliklər ərzində bir çox qədim sivilizasiya və mədəniyyətlərin kəsişdiyi yer olub. Mərkəzin məqsədi bu mədəniyyət və dinlərin Azərbaycanın maraqları baxımından öyrənilməsinin təşviq edilməsidir.
Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının akt zalında qonaqlar üçün Azərbaycan musiqisindən ibarət konsert proqramı təqdim olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

