Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində növbəti təmizlik aksiyası keçirilib

“Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində növbəti təmizlik aksiyası keçirilib

31.07.2014 [09:00]

8-ci mikrorayonda keçirilən aksiyanın sonunda tədbir iştirakçıları sakinlərlə birgə çay süfrəsi ətrafında məhəllə parkında verilən konsertə tamaşa ediblər
İyul ayının 26-da “Bakı 2015” I Avropa Oyunları ərəfəsində start götürmüş “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı ilə birgə növbəti təmizlik aksiyasını həyata keçirib. Aksiyada Binəqədi RİH başçısı Aparatının əməkdaşları ilə yanaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal gəncləri də aktiv iştirak ediblər.
8-ci mikrorayonda Şövkət Məmmədova küçəsindən başlayan, İbrahimpaşa Dadaşov küçəsində davam edən və Nizami Nərimanov küçəsində yekunlaşan təmizlik aksiyası zamanı ərazi tullantılardan təmizlənib.
Aksiyanın sonunda tədbir iştirakçıları sakinlərlə birgə çay süfrəsi ətrafında məhəllə parkında verilən konsertə tamaşa ediblər.
Sonda aksiya iştirakçıları Tennis Akademiyasında Bakıda qadınlar arasında keçirilən “Baku Cup2014” turniri çərçivəsində oyunu seyr ediblər.
NADİR

Paylaş:
Baxılıb: 1481 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30