Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 700 bal toplayan abituriyentlər hansı ixtisasları seçirlər?

700 bal toplayan abituriyentlər hansı ixtisasları seçirlər?

01.08.2014 [09:41]

Məlum olduğu kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında topladıqları ballar əsasında növbəti mərhələyə buraxılan abituriyentlər 24 iyul - 5 avqust tarixləri arasında ixtisas seçimlərini edirlər. Bu baxımdan, imtahanlarda 700 bal toplamış abituriyentlərin ixtisas və ali məktəb seçimləri maraq doğurur.
I qrup üzrə imtahanda maksimal nəticə göstərən, Bakıdakı 289 nömrəli orta məktəb - “Zəngi” liseyinin məzunu Könül Qurbanlı “ADA” Universitetinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını seçəcəyini bildirib. Lakin o, Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını da nəzərdə saxladığını söyləyib.
I qrup üzrə imtahanda iştirak edən, Bakıdakı “Dədə Qorqud” liseyinin məzunu Məmməd Hacılı ixtisas seçiminin Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsi olduğunu deyib.
I qrup ixtisasları üzrə imtahan verən, Bakıdakı Kimya-biologiya təmayüllü liseyin məzunu Eltun İbrahimov Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçib.
II qrup üzrə ən yüksək nəticə göstərən, Bakıdakı “Zəkalar” liseyinin məzunu Qoşqar Qədimbəyli “ADA” Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisasını seçmək niyyətində olduğunu deyib.
IV qrup üzrə imtahanda iştirak etmiş, Ağdam rayonu Çəmənli kənd orta məktəbinin məzunu İlkin Məmmədzadə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini seçdiyini bildirib. İlkin həkimlik sənətinin hansı sahəsi üzrə ixtisaslaşacağı ilə bağlı qərarını qarşıdakı illərdə verəcəyini deyib.
IV qrup üzrə 700 bal toplayan Nicat Qasımov da Azərbaycan Tibb Universitetinin müalicə-işi fakültəsini seçib. Nicat gələcəkdə kardioloq olmaq istədiyini söyləyib.
Hülya

Paylaş:
Baxılıb: 1146 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30