Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xarici ölkələrin gənclərindən ibarət 90 nəfərlik qrup İsmayıllıda olub

Xarici ölkələrin gənclərindən ibarət 90 nəfərlik qrup İsmayıllıda olub

27.08.2014 [09:24]

Dünya ölkələrinin gəncləri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinin qaliblərinin növbəti qrupu Azərbaycana səfər çərçivəsində avqust 26-da İsmayıllıda olub.
AzərTAc xəbər verir ki, gənclər və idman nazirliyinin məsul işçisi Rəşad Musayevin və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehovun müşayiəti ilə dünya gənclərinin Fransa, Qətər, İordaniya, Avstriya, Avstraliya, Malayziya, İspaniya, Tunis, İsveç, İsveçrə, Yunanıstan və Slovakiyadan olan 90 nəfərlik qrupu Azərbaycanın səfalı bölgələrindən olan İsmayıllı rayonunda ilk öncə Basqal qəsəbəsi və onun füsunkar təbiəti ilə tanış olub. Burada nahar edən qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.
Sonra dünya gənclərinin nümayəndələri qədim tarixi və orijinal memarlıq üslubu ilə tanınan Lahıc qəsəbəsinə gəliblər. Xarici qonaqlar Azərbaycan haqqında, qəsəbənin zəngin tarixi və maddi-mədəniyyət abidələri barədəki bilgiləri böyük maraqla qarşılayıblar.

Paylaş:
Baxılıb: 765 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30