Bələdiyyə seçkiləri Bərdə rayonunda uğurla keçirilib
24.12.2014 [09:40]
Bərdə rayonunda 23 dekabr bələdiyyə seçkilərində məntəqələrdə yüksək seçici fəallığı müşahidə olunub. Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib. F.Şadlinskaya deyib ki, seçkinin demokratik, şəffaf və seçki qanunvericiliyinə uyğun keçirilməsi daim diqqətdə saxlanılır. Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanlarına YAP Bərdə rayon təşkilatı tərəfindən irəli sürülmüş 584 namizədin 200 nəfərini qadın, 215 nəfəri isə gənclər təşkil edir. “Rayonda iki Dairə Seçki Komissiyası fəaliyyət göstərir. 93 saylı Bərdə şəhər Seçki Dairəsində seçicilərin sayı 44387 nəfər, 94 saylı Bərdə kənd Seçki Dairəsində seçicilərin sayı 44785 nəfər olmaqla rayon üzrə cəmi seçicilərin sayı 89172 nəfərdir. 93 saylı Bərdə şəhər DSK-nın əhatə etdiyi 50 məntəqənin 11-də, 94 saylı Bərdə kənd DSK-nın 54 məntəqəsinin 5-də veb-kameralar quraşdırılıb və gün ərzində məntəqələrdə seçkinin gedişini izləmək mümkündür”, - deyə rayon təşkilatının sədri vurğulayıb.
Bərdə rayonunda seçkilərin gedişi üçün bütün imkanların yaradıldığını deyən F.Şadlinskayanın sözlərinə görə, bütövlükdə ölkəmiz demokratik dəyərlərə sadiqdir və seçkilərin gedişi bunu bir daha təsdiqlədi.
Seçicilərdən Elşən Həsənov inanır ki, Bərdə şəhər bələdiyyəsinə YAP tərəfindən layiqli namizədlər irəli sürülüb: “Mən gəncəm və bələdiyyələrə də xeyli sayda gənc namizəd irəli sürülüb. Dövlət gənclərə daim diqqət və qayğı göstərir, hazırda da bu siyasət uğurla davam etdirilir. Ona görə də, gələcəyimiz naminə bu seçkilərdə YAP-ın namizədlərinə səs verdim”.
Digər seçici Nuru İbrahimov səsvermədə iştirakının vətəndaşlıq borcu olduğunu deyib: “Mən inkişafa və sabitliyə səs verməyə gəlmişəm”.
Müşahidəçi Aidə Mikayılova seçkilərin şəffaf keçirildiyini bildirib: “Səsvermədə heç bir qanun pozuntusuna yol verilməyib. Bütün məsələlər seçki qanunvericiliyinə uyğundur”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

