Mətbuat Şurasının Prezident Sərəncamından irəli gələn görüşləri davam edir
22.01.2015 [09:32]
Dünən Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov “Xalq cəbhəsi” qəzetinin redaksiyasında bu kütləvi informasiya vasitəsinin yaradıcı kollektivi ilə görüş keçirib. Görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” 24 sentyabr 2014-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin reallaşdırılması məqsədi daşıyıb.
MŞ sədri Əflatun Amaşov dövlət başçısının Sərəncamında Mətbuat Şurasına hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların KİV-də və internet informasiya resurslarında, o cümlədən, sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə KİV və əhali arasında təbliğat-izahat işinin təşkilinin tövsiyə olunduğunu diqqətə çatdırıb. O, rəhbərlik etdiyi qurumun sənəddən irəli gələrək bir sıra “dəyirmi masa”lar və toplantılar təşkil etdiyini deyib, eyni zamanda, MŞ-nin İdarə Heyətinin üzvlərinin gələcəkdə də redaksiyalara baş çəkəcəklərini, bu görüşlərin mütəmadi xarakter daşıyacağını vurğulayıb.
Görüşdə cəbhə xətti ilə bağlı materiallardakı spesifik cəhətlər ətrafında müzakirələr aparılıb. Jurnalistlərin dövlət sirrinin mühafizəsi ilə bağlı məqamlara həssas yanaşmalarının zəruriliyi əsaslandırılıb. Bununla əlaqədar suallar cavablandırılıb, maraq doğuran məsələlərin təhlili verilib.
Qeyd edək ki, indiyədək dövlət başçısının sözügedən Sərəncamından irəli gələn tədbirlərin reallaşdırılması məqsədilə MŞ-nin İdarə Heyəti üzvlərinin “Xalq qəzeti”ndə, “Azərbaycan”, “Kaspi” və “Azərbaycan müəllimi” qəzetlərində, həmçinin “Azadinform” İnformasiya Agentliyində redaksiya əməkdaşları ilə görüşləri baş tutub.
Xəbər lenti
Hamısına baxElm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22

