Broyler quşçuluq təsərrüfatlarının Azərbaycanın ərzaq təminatında rolu getdikcə artır
20.02.2015 [00:33]
Son illərdə ölkəmizdə fəaliyyətə başlayan quşçuluq müəssisələri dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin ən son texnologiyaları və avadanlıqları ilə təchiz edilib
Hazırda Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri də daxili istehsal hesabına ərzaq təhlükəsizliyinə nail olmaqdan ibarətdir. Bu da, ilk növbədə, müasir dünya çağırışları ilə bağlıdır. Beynəlxalq səviyyəli ayrı-ayrı qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaq. Təkcə bu fakt bir daha təsdiqləyir ki, müasir dövrdə aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinə nail olunması hər bir ölkə və xalq üçün ümummilli, strateji mahiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə Azərbaycanda davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Dövlət başçısı yanvarın 27-də keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında ərzaq təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirərək ərzaq təhlükəsizliyinin hər bir ölkə üçün böyük önəm daşıdığını xüsusi vurğulayıb.
Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin etmək üçün geniş imkanlara malikdir
Qeyd edək ki, Azərbaycanın özünün ərzaq təhlükəsizliyini daxili istehsal hesabına təmin etməyə hər cür imkanı var. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir.
Eyni zamanda, ölkəmizdə dövlət tərəfindən aqrar sektorun inkişafına, o cümlədən də, daxili istehsal hesabına ölkənin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılmasına güclü siyasi iradə nümayiş etdirilir və hərtərəfli maliyyə, təşkilati-texniki dəstək göstərilir. Ölkəmizdə ərzaq təhlükəsizliyinə nail olunması dövlətin iqtisadi sahədə həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Qarşıya qoyulan hədəf isə belədir: Növbəti 5 il ərzində ərzaq təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər öz həllini tapmalıdır.
Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasında normativ-hüquqi bazanın yaradılması müstəsna rol oynayır. Belə ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Sərəncama uyğun olaraq qısa müddətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsi hazırlanıb. Burada ölkədə gələcək aqrar siyasətin əsas prinsipləri, kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflər və prioritet istiqamətlər öz əksini tapıb.
Ölkəmizdə aqrar sektorun, o cümlədən də, ərzaq təminatı ilə bağlı sahələrin inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir. Bu barədə söhbət açarkən Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizinin kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilməsini xüsusi vurğulamaq gərəkdir. Respublikamızda müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan mineral gübrələrin satışı zamanı tətbiq olunan və dövlət büdcəsindən maliyyələşən güzəşt 50 faizdən 70 faizədək artırılıb.
Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Dünya Bankının hesabatına əsasən, son 10 ildə dünyada ərzaq məhsullarının istehsalında artım 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib. Belə yüksək dinamikanın nəticəsidir ki, son illərdə ölkəmizin bir sıra ərzaq məhsulları ilə təminatı sırf daxili istehsal hesabına həyata keçirilir. Respublikamızda əhalinin ət və ət məhsullarına, üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur. Prezident İlham Əliyevin yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında qarşıya qoyduğu hədəf belədir: “Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik və ixrac etməliyik”.
Broyler quşçuluq təsərrüfatları ölkənin ərzaq təminatının ödənilməsində mühüm rol oynayırlar
Son illərdə ölkəmizdə ərzaq təminatı ilə bağlı digər sahələr kimi, sənaye quşçuluğunun inkişafı da diqqət mərkəzində saxlanılır. Respublikada sənaye üsulu ilə quş əti istehsalçıları torpaq vergisi istisna olmaqla bütün vergilərdən, eləcə də, quşçuluq üçün avadanlıqların idxalının gömrük rüsumu və əlavə dəyər vergisindən azad olunub. Həmçinin, yeni texnologiyaların tətbiqi bu sahənin inkişafını daha da sürətləndirib, quşçuluq təsərrüfatlarının quş əti və damazlıq yumurta üzrə istehsal gücləri artıb. Bütün bunların nəticəsidir ki, respublikamızın ərzaq təminatının daxili istehsal hesabına ödənilməsində broyler quşçuluq təsərrüfatlarının çəkisi getdikcə yüksəlir. Məlumdur ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda ölkədə sənaye quşçuluğunun inkişafı ilə bağlı qarşıya bir sıra hədəflər qoyulmuşdu. Artıq inamla söyləmək mümkündür ki, bu hədəflərə çatılması istiqamətində böyük işlər görülüb və bu gün sənaye quşçuluğu Azərbaycanın daxili istehsal hesabına ərzaq təminatında əhəmiyyətli mövqe tutur. Dövlət Proqramında 2015-ci ildə ölkədə quş əti istehsalının illik həcminin 80 min tona çatdırılmasının nəzərdə tutulmasına baxmayaraq, hələ 2013-cü ildə bu sahədə istehsal 98 min tona çatdırılmaqla hədəflənən göstəricinin 35 faiz üstələnməsinə nail olunub. Hərtərəfli dövlət qayğısı sayəsində sənaye quşçuluğunda istehsalın həcmi 2007-ci ilə nisbətən 57 faiz artaraq 61.9 min tondan 2014-cü ildə 99,4 min tonadək yüksəlib. Sənaye quşçuluğunda isə artım daha yüksək olub. Bəhs olunan dövrdə sənaye quşçuluğunda ət istehsalı 3 dəfə artaraq 64,1 min tona çatıb.
Yerli istehsalın artması və daxili bazarı yüksək keyfiyyətli məhsulla təmin etməsi öz növbəsində respublikamıza xaricdən quş ətinin ixracının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. 2007-ci ildə ölkəyə 21,2 min ton quş əti idxal olunsa da, bu rəqəm 2013-cü ildə 3,8 min tonadək azalıb. Qeyd edək ki, quş əti üzrə ölkədaxili tələbat illik təxminən 100 min tondur və hazırda bu tələbatın 97 faizi yerli istehsal hesabına təmin olunur.
Sənaye quşçuluğunun inkişafı ölkədə, həmçinin, yumurta istehsalının artması ilə nəticələnib. Belə ki, respublikamızda 2010-cu ildən bəri yumurta istehsalı 1,3 dəfə artaraq 2014-cü ildə 1.6 mlrd. ədəd təşkil edib. Qeyd edək ki, hazırda yumurtaya olan tələbat 100 faiz daxili istehsal hesabına təmin olunur.
Məmnunluq hissi ilə vurğulamaq lazımdır ki, hazırda Azərbaycanın sənaye quşçuluğunun intensiv inkişafı sayəsində ölkəmizin bu sahədə müəyyən həcmlərdə ixrac imkanları da yaranıb. Yüksək keyfiyyətli Azərbaycan məhsulları xarici istehlak bazarlarında bir qayda olaraq müştəri məmnunluğu ilə qarşılanır.
Son illərdə Azərbaycanın müxtəlif bölgələrində onlarca quşçuluq müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisələr dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin ən son texnologiyaları və avadanlıqları ilə təchiz edilib. Quşçuluq fabriklərində avtomat kəsim tətbiq olunur, istehsal və qablaşdırma prosesi tam olaraq müasir texnologiyaların tətbiqi əsasında aparılır və sanitar-gigiyenik normalar ən yüksək səviyyədə gözlənilir. Bundan başqa, istehlak bazarı da daim müvafiq dövlət qurumları tərəfindən ciddi nəzarətdə saxlanılır və müşahidə edilən hər hansı mənfi halın qarşısı operativ qaydada alınır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59

