Binəqədi rayonunda “Tarixin soyqırımı” adlı tədbir keçirilib
01.04.2015 [09:55]
Dünən Binəqədi rayonunda 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Tarixin soyqırımı” adlı anım tədbiri keçirilib.
Anım tədbiri YAP Binəqədi rayon təşkilatının binasının foyesində 31 mart 1918-ci ildə erməni qəsbkarları tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı həqiqətlərini və ümumilikdə soydaşlarımıza qarşı erməni vəhşiliklərini əks etdirən fotolardan ibarət sərginin nümayiş etdirilməsi ilə başlayıb. Soyqırımı faciələrini əks etdirən filmin nümayişi ilə davam edən tədbiri giriş nitqi ilə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açaraq, 31 mart soyqırımı və ümumilikdə ötən yüzillikdə erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamlardan danışıb.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev, İsraildən olan sülh səfiri Aleks Şapiro, Beynəlxalq Diaspor Mərkəzinin Tatarıstan nümayəndəliyinin rəhbəri Natiq Bədəlov, Türkiyədə fəaliyyət göstərən “Əsassız Erməni Soyqırımı İddiaları ilə Mübarizə Dərnəyi”nin rəhbəri Göksal Gülbəy çıxışlarında Azərbaycan həqiqətlərinin, eləcə də, ermənilərin dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən bəhs edib, bu məsələdə dövlətin davamlı dəstəyindən danışıblar.
Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev 31 mart soyqırımının təkcə həmin tarixlə məhdudlaşmadığına diqqət çəkərək keçmiş SSRİ dövründə də bolşevik cildinə bürünmüş və yüksək vəzifələr tutmuş erməni daşnaklarının repressiyalar, deportasiyalar vasitəsilə öz qanlı əməllərini davam etdirdiyini vurğulayıb.
Sonda çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş fiziki və mənəvi terrorlar, vandalizm aktlarından danışıb, bu qanlı olaylara ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildirib. Tarixi faktların işığında və sənədlər əsasında soyqırımı həqiqətlərinin dünyaya çatdırılması işinə dövlət tərəfindən göstərilən hərtərəfli dəstəyi diqqətə çatdıran A.Əliyeva bu məsələdə beynəlxalq ictimaiyyətin məlumatlandırılması işində hər bir soydaşımızın üzərinə məsuliyyət düşdüyünü qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

