Onlayn ifadə azadlığı mədəniyyəti seminarı keçirilib
26.05.2015 [10:00]
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakıda “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” seminarı keçirib.
Təhsil Problemləri İnstitutunda baş tutmuş seminarı giriş sözü ilə açan CASCFEN sədri Azər Həsrət layihəyə verdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib. O qeyd edib ki, dövlətin vətəndaş cəmiyyətinə bu qədər yaxından dəstək verməsi, nəticədə müxtəlif sahələrdə insanların bilgiləndirilməsi üçün şərait yaradılması sevindiricidir.
Daha sonra o, ifadə azadlığının təmin edilməsində Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq normalar, Azərbaycan qanunlarında ifadə azadlığının təminatı, ifadə azadlığından sui-istifadə hallarının yaratdığı məsuliyyət barədə geniş məruzə ilə çıxış edib. Azər Həsrət Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrini geniş şərh edərək ifadə azadlığının konturlarını cızıb, bu konturların aşılması halında yaranacaq məsuliyyətdən danışıb.
Daha sonra çıxış edən ekspert, Bakı Slavyan Universitetinin müəllimi Nüşabə Hüseynli sosial şəbəkələr və digər onlayn platformalarda ifadə azadlığı mədəniyyəti - netiket, həmçinin, netiketin pozulma halları və onların aradan qaldırılması yolları haqqında geniş məruzə edib.
İştirakçı müəllimlər də rastlaşdıqları ayrı-ayrı hallar, bəzən ortaya çıxan problemlərin həllində mübahisəli durumların yaranmasından danışıblar. Onlar belə seminarların təhsil işçiləri üçün çox gərəkli olduğunu qeyd ediblər.
Bundan sonra CASCFEN sədri Azər Həsrət tədris prosesində onlayn mənbələrlə iş zamanı netiketə əməl edilməsinin vacibliyindən danışıb, ayrı-ayrı örnəklərlə müəllif hüquqlarının pozulmasına diqqət yönəldib.
Sonda seminarın işinin gizli sorğuyla dəyərləndirilməsi təşkil edilib.
İştirakçılardan 18-i seminarı əla, 4-ü isə yaxşı qiymətləndirib.
Yekunda iştirakçılara CASCFEN-in sertifikatları təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
CASCFEN-in bu qəbildən növbəti seminarı iyunun 8-də Lənkəranda keçiriləcək.
Seminara ətraf rayonlardan olan müəllimlər qatıla bilər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20

