“Computex” günün günorta çağı müştərilərini soyur
03.07.2015 [09:50]
Menecer Elqar Hacəhmədov: Kaş şəhərdəki bütün mağazalar bizim kimi “əliaçıq” olaydı
... Bizdə hər şey dəb halını alıb - geyimimiz, yeməyimiz, istirahətimiz, hətta alverimiz belə. Sanki “qonşudan qalma dala” -deyib hamı bir-biri ilə yarışa girib. Kimi bu yarışda nəfsini öldürməyə, kimisi özünü başqasının gözündə öyməyə, kimisi də fürsətdən istifadə edib yalançı vədlərlə müştərilərini aldadaraq “qaz vurub qazan doldurmağa” çalışır. Lap şəhərin mərkəzində mağazalar şəbəkəsi qurmuş “Computex” şirkəti kimi.
Elektronika avadanlıqlarının satışı ilə məşğul olan “Computex” şirkəti paytaxtın iki izdihamlı guşəsində - Fəvvarələr meydanı ərazisində, keçmiş “Torqovıy” və Xaqani küçəsi ilə Bülbül prospektinin kəsişməsində mağazalar şəbəkəsinə malikdir. Hər iki dükan da ilk baxışdan adamı özünə cəlb edir. Vitrinlərdə müştərilərə daha nələr vəd olunmur - “Nağd qiymətinə İphone 6 al - 6 aya ödə”, “64 GB pulsuz internet”, “Dual SİM kart Samsung - cəmi 28 manata”, “misilsiz bonuslar” və s. Amma bütün bu vədlər, sən demə, müştəriləri yoldan azdırmaq, onları mağazaya girməyə şirnikləndirmək üçündür. İçəri daxil olan müştərini isə məhsulların çeşid bolluğundan daha çox satıcılar əhatə edirlər ki, onların başgicəlləndirən cümlələrini sonadək dərk etməyən müştərilər özlərini sındırmamaq üçün kreditlə mal almağa, nəhayət, razılaşırlar. Elə əsl müsibət də bundan sonra başlayır.
Xaqani küçəsində yerləşən mağazanın meneceri Elqar Hacəhmədovun sözlərinə görə, burada qəribə heç nə yoxdur. Şirkət öz mallarını satmaq üçün güzəştli kampaniya keçirir. Həmin şərtlər şirkət rəhbərliyi tərəfindən müəyyənləşdirilib, onlar bu məsələdə tam sərbəstdirlər və heç bir qurum qarşısında məsuliyyət daşımırlar. “Qaydalar”a əsasən müştəri aldığı hər mala görə öz şəxsi hesabında hesab açmış olur və malın dəyərinə uyğun, daha doğrusu, alınan malın manatla dəyərinin onların müəyyən etdikləri dəyər ekvivalenti həcmində həmin hesaba bonuslar yığılır. Alınan hər 1 manat dəyərində mal müştərinin hesabına 10 bal gətirir. Hesabın aktiv olması üçün isə müştərinin hesabında ən azı 5000 bal olmalıdır. Yəni, müştəri həmin mağazadan ən azı 500 manatlıq alış-veriş etməlidir. Hər 1000 bal müştəriyə əlavə 1 manat dəyərində “hədiyyə” almaq imkanı verir. Müştəri həmin bonus-ballardan yalnız 5-25 manat dəyərində pulsuz istifadə edə bilər. Başqa sözlə, mağazada dəyəri 5 manatdan aşağı olan mallar yalnız nağd şəkildə alına bilinər. Yox, əgər müştəri öz hesabında yığılan bonuslarla dəyəri 25 manatdan yuxarı olan mal-hədiyyə götürmək istəyirsə, o zaman həmin malın dəyərinin yalnız 10 faizi həmin bonuslarla ödənilir. Qalan 90 faizi isə müştəri təkrar öz cibindən nağd ödəməlidir. Şirkət rəhbərliyinin kəşf etdiyi bu “qaydaları” el dilinə çevirsək, bunun adını yalnız “günün günorta çağı adamın dərisini soymaq” kimi başa düşmək olar. Maraqlısı isə odur ki, bizimlə söhbətində mağazanın meneceri Elqar Hacəhmədov müştərilər üçün qurduqları bu tələnin çox normal olduğunu israrla vurğulayırdı. Hələ, üstəlik, paytaxtda onlar kimi “əliaçıq” ikinci bir şirkətin olmadığını da fəxrlə söyləyirdi. Düzü, mağazanın salonlarını gəzdikcə nə qədər cəhd etdiksə, bu “əliaçıqlığın” nədən ibarət olduğunu anlaya bilmədik. Burada 5-25 manat arası “hədiyyə” adı altında müştərilərə zorla sırınan həmin əşyalar - dəmiryol vağzalı həndəvərində, eləcə də, digər topdansatış mərkəzlərində 1-3 manat dəyərindədirlər. Budurmu şirkətin “əliaçıqlığı”? Elqar Hacəhmədovun sözlərindən belə aydın olurdu ki, şirkət rəhbərliyi mağazanın vitrinini bəzəyən yalançı vədlərdən qətiyyən narahat deyil. “İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Departamenti, yəqin ki, bizim bu elanlarımızı görüb və indiyədək bizə hər hansı bir irad söyləməyiblər”, - bunu da menecer vurğuladı. Ən qəribəsi isə odur ki, “Torqovıy”dakı “Computex” mağazası “Bakcell” şirkətinin diler mağazası kimi fəaliyyət göstərməkdədir və şirkətin təqdim etdiyi mobil telefonları eyni “qaydalar” və “şərtlər”lə müştərilərə satmaqdadır. Maraqlıdır, bəs görəsən, ölkənin lider mobil operatoru adına iddia edən “Bakcell” şirkəti niyə “Computex” rəhbərliyinin bu kimi fırıldaq əməllərinə göz yumur? Əslində, bu araşdırmamıza redaksiyaya daxil olan bir şikayət məktubu əsasında başladıq. Yəqin ki, “Computex”in fırıldaqlarının qurbanına çevrilən onlarla, bəlkə də yüzlərlə belə istehlakçı vardır. Bəs birbaşa vəzifəsi ölkə istehlakçılarının hüquqlarını müdafiə etmək olan Azad İstehlakçılar Birliyində hara baxırlar, niyə belə fırıldaqçı şirkətlər vaxtında ifşa olunmurlar? Bütün bu suallarımıza növbəti yazımızda cavab tapmağa çalışacağıq...
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:47
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
Gündəm
25 Aprel 11:38
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17

