Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan gəncləri Bolqarıstanda keçirilən beynəlxalq layihədə ölkəmizi uğurla təmsil ediblər

Azərbaycan gəncləri Bolqarıstanda keçirilən beynəlxalq layihədə ölkəmizi uğurla təmsil ediblər

28.07.2015 [09:47]

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndə heyəti Bolqarıstanda keçirilən “Fəal könüllülər daha yaxşı vətəndaşlar” layihəsində ölkəmizi təmsil edib.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, Erasmus+ və İnsan Resurslarının İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən layihədə Azərbaycan ilə yanaşı, Bolqarıstan, Gürcüstan, Moldova, Latviya və Estoniyanın fəal gəncləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Layihə gənclərin fəallığını, könüllü fəaliyyət haqqında məlumatlılığını artırmaq, onlarda könüllülük dəyərlərini aşılamaq məqsədilə keçirilib. Layihə çərçivəsində qeyri-formal təhsil metodologiyasına əsaslanan təlimlər gənclərin sosial, kommunikativ və dil bacarıqlarının, eləcə də mədəniyyətlərarası mühitdə iş üçün səlahiyyətlərinin inkişafı istiqamətində keçirilib.
Tədbirdə ARGTMŞ-ın nümayəndə heyəti Azərbaycandakı könüllülük fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. İştirakçılar tərəfindən yüksək qiymətləndirilən təqdimatda “Bakı 2015” birinci Avropa Oyunları zamanı ölkəmizdəki könüllülük fəlsəfəsi və Azərbaycanda “Avropa Könüllülük Xidməti” əsasında yaradılmış Azərbaycan Könüllülük Xidmətinin fəaliyyəti haqqında danışılıb, ölkəmizdə könüllülük hərəkatı əsasında tövsiyələr verilib.
Növbəti günlərdə iştirakçılar Avropa Parlamentinin nümayəndəsi Andrey Novakov ilə görüşüblər.
Görüşdə A.Novakov öz könüllülük fəaliyyətindən danışıb, uğur hekayəsini iştirakçılarla bölüşüb, iştirakçıların suallarını cavablandırıb.
Layihə çərçivəsində iştirakçı ölkələr tərəfindən loqolar hazırlanıb və nümayiş olunub. Altı ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən səsvermənin nəticəsində Azərbaycan nümayəndələrinin hazırladığı loqo birinci yerə layiq görülüb. Layihənin davamında Azərbaycan nümayəndə heyətinin hazırladığı loqonun daimi istifadəsi nəzərdə tutulur.
Tədbir çərçivəsində keçirilən mədəniyyət gecəsində Azərbaycanın milli musiqisinin və mətbəxinin nümunələri təqdim edilib.

 
Paylaş:
Baxılıb: 719 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30