Yol-nəqliyyat hadisələrinin sayı niyə artır?
11.08.2015 [10:06]
Vaqif Əsədov: Təəssüf ki, bu gün qəza törətmək sürücülərdə sanki vərdiş halını alıb
Ölkəmizdə yol qəzalarının sayının azaldılması istiqamətində xeyli tədbirlər görülsə də, təəssüflər olsun ki, hər gün ölümlə nəticələnən qəza xəbərləri gəlməkdə davam edir. Son günlərin qəza ilə bağlı statistikasına nəzər yetirsək, görərik ki, baş verən yol qəzaların çoxu ölümlə nəticələnib. Havaların isti keçməsi, eyni zamanda, çimərlik mövsümünün açılması ilə bağlı istirahət mərkəzlərinə yaxın yollarda baş verən qəza faktlarında da artım müşahidə olunur. Bəs buna səbəb nədir? Həmin sualı cavablandıran Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov yol-nəqliyyat hadisələrinin ən başlıca səbəblərindən birinin, məhz yüksək sürət olduğunu deyib. Onun sözlərinə görə, hər kəs avtomobildən istifadə etməsi üçün, ilk növbədə, yol hərəkəti qaydalarını bilməli və ona əməl etməlidir: “Lakin təəssüf ki, bu gün qəza törətmək sürücülərdə sanki vərdiş halını alıb və bunu təbii hal kimi qarşılayırlar. Ancaq sürücülər bilməlidirlər ki, avtomobilin etibarlı bir şəkildə yol alması hər şeydən öncə sürücünün məsuliyyətinə bağlıdır”.
V.Əsədov əlavə edib ki, sürücü, ilk növbədə, sürücülük mədəniyyətinə malik olmalıdır. Bunun üçün isə sürücülərin maariflənməsinə ehtiyac var: “Əslində, sürücülük mədəniyyəti, həqiqətən, çox aşağı səviyyədədir. Amma yenə də bədbin olmayaq. Ötən illərlə müqayisələr apardıqda, tərtib edilmiş inzibati protokolları təhlil etdikdə, baş vermiş yol qəzalarının sayını gözdən keçirdikdə görürük ki, nizam-intizam getdikcə yüksəlir”.
V.Əsədovun sözlərinə görə, respublikanın avtomobil yollarında sürücülər tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi qaydalarının pozulması, habelə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması kimi xətalara yol verilməsi səbəbindən ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verir. Qəzaların və ölümlərin baş verməməsi üçün sürücüləri daha diqqətli olmağa çağıran V.Əsədov polis əməkdaşlarının yollarda təhlükəsizliyin təminatı üçün əllərindən gələni etdiyini və bundan sonra da edəcəyini bildirib. O, sürücülərlə yanaşı, piyadaları da qaydaları pozmamağa çağırıb: “Bu gün, demək olar ki, ölkədə qeydə alınan yol qəzalarının və ölüm hallarının əksəriyyətinin piyadaların vurulması ilə bağlı olması bizdə ciddi narahatlıq doğurur. Piyadalarla bağlı baş verən yol qəzalarının çoxluğu göstərir ki, onlar intizamsız hərəkət iştirakçılarıdır. Piyadalar həyatlarını təhlükə altında qoymamalı, onlar üçün müəyyən edilmiş keçidlərdən keçməli, işıqforun onların hərəkətinə icazə verən işığının yanmasını gözləməli, özlərini hərəkətdə olan avtomobillərin qabağına atmamalıdırlar”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

