Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ukrayna İnformasiya Texnologiyaları və Təhsil İnstitunun direktoru İnna Malyukova ADNSU-nun qonağı olub

Ukrayna İnformasiya Texnologiyaları və Təhsil İnstitunun direktoru İnna Malyukova ADNSU-nun qonağı olub

23.09.2015 [10:22]

Sentyabrın 22-də Ukrayna Milli Texniki Universitetinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları və Təhsil İnstitutunun direktoru, professor İnna Malyukova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) qonağı olub. Professor-müəllim heyəti, tələbələrin iştirakı ilə akt zalında keçırilən görüşdə rektor Mustafa Babanlı çıxış edib, görüşün məqsədləri barədə məlumat verib.
Tədbirdə əsasən innovativ layihələrin ADNSU-ya gətirilməsi, Start-ap məktəblərin yaradılması, texnologiyaların transferi üzrə mütəxəssis hazırlığı, ixtisasdəyişmə, ixtisasartırma və 2-ci təhsil üzrə məsələlərə yeni yanaşma metodları ətrafında müzakirələr olub. Tədbirdə çıxış edən rektor M.Babanlı və İ.Malyukova ADNSU-nun nəzdində Start-ap məktəbinin yaradılması ideyasını ortaya qoyublar.
İnna Malyukova çıxışı zamanı Start-ap layihələrdə gənclərin öz biznes ideyalarını uğurla həyata keçirmək üçün təlimatlandırılacağını deyib. Onun sözlərinə görə, bu, təhsil proqramıdır və bunun üçün, birinci növbədə, məktəblər yaradılmalı, istəyi, marağı olan kreativ gənclər, o cümlədən aspirantlar, doktorantlar, eləcə də ideyaları olan aktiv tələbələr orada toplanmalıdırlar.
Daha sonra rektor M.Babanlı və İ.Malyukova tələbələrin suallarını cavablandırıblar.

Paylaş:
Baxılıb: 970 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31