Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azercell” beynəlxalq karyera sərgisində iştirak edib

“Azercell” beynəlxalq karyera sərgisində iştirak edib

14.10.2015 [09:44]

Hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərdə fəal iştirak edən “Azercell” bu dəfə də ənənəsinə sadiq qalıb. Şirkət Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak edib. Sərgidə “Azercell”in ayrıca stendi nümayiş etdirilib. Şirkətin nümayəndələri, ilk növbədə, mövcud olan Tələbə proqramları haqqında ətraflı məlumat veriblər, eyni zamanda, “Azercell”də işə qəbul olunmaq arzusunda olanların bütün suallarını cavablandırıblar. “Azercell”də karyera qurmaq istəyində olan gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb. Qeyd edək ki, “Azercell Telekom” daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq “Azercell”in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, “Azercell”in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz “Azercell”dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda, “Azercell”in həyata keçirdiyi sosial layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Şirkətdən verilən məlumatda qeyd olunur ki, oktyabrın 1-dən etibarən “Azercell Telekom” MMC yeni Tələbə Proqramına başlayıb. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonunadək “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Eyni zamanda, noyabr ayında, həmçinin “Bölgə Tələbə Proqramı 2015”in başlaması nəzərdə tutulub. Proqram çərçivəsində Gəncədə, Mingəçevirdə, Naxçıvanda və Lənkəranda təqdimatlar keçiriləcək və tələbələrə bu proqramda iştirak etmək şansı veriləcək. Proqrama ali təhsil ocaqlarının bakalavr pilləsinin son iki kursunda təhsil alan və yaxşı qiymətləri olan tələbələr müraciət edə biləcəklər.
“Azercell” bundan sonra da istedadlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək.
Səlim

Paylaş:
Baxılıb: 618 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30