“Fərqliliyin rəngi”...
13.11.2025 [10:15]
Ölkəmizdə dinlərarası harmoniya yüksək səviyyədədir
Dünyada müxtəlif dinlər, məzhəblər, inanclar mövcuddur. Bəzən bu fərqlər insanların arasına sədlər çəkir, nifrət toxumları səpilir. Halbuki əsl inanc insanı birləşdirməli, sevgiyə, mərhəmətə, anlayışa çağırmalıdır. Hər bir dinin əsasında eyni ideya dayanır - insanı sevmək, yaxşılıq etmək, ədalətli olmaq.
Dini tolerantlıq təkcə sosial davranış deyil, həm də mənəvi məsuliyyətdir. İnsan başqasının inancına hörmət göstərməklə, əslində öz dəyərlərinə də hörmət edir. Çünki fərqliliyi qəbul etmədən bütövlüyə çatmaq mümkün deyil...
Bu günlərdə Bakıda “Fərqliliyin rəngi” festivalı keçirilib. Tədbirdə 33 dini icma və təşkilatlar - Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsi, Roma Katolik Kilsəsi, Alban-Udi Xristian icması, Azərbaycan Bəhailəri Dini Mərkəzi və digərləri iştirak ediblər. Festival Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm, dinlərarası harmoniya və birgəyaşayış dəyərlərinin təbliği məqsədilə təşkil olunub. “Fərqliliyin rəngi” festivalında müxtəlif dini icmaların mədəniyyətini və adət-ənənələrini əks etdirən bədii hissə nümayiş olunub.
Tolerantlıq Azərbaycan vətəndaşlarının mənəvi güc mənbəyidir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycandakı tolerantlıq bu ölkədə yaşayan bütün vətəndaşların mənəvi güc mənbəyidir. Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin bərpası sayəsində bu gün öz milli irsini, dini-mədəni müxtəlifliyini və konstitusion dəyərlərini qoruyaraq gələcəyə daha da inamla addımlayır: “Suverenlik xalqın ən ali dəyərlərindən, ən böyük tarixi nailiyətlərindən biridir. Suverenlik olmadan konstitusiya prinsiplərinin və qanunların tətbiqi, xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunması mümkün olmazdı. Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birindən yalnız bir neçə yüz metr məsafədə yerləşməsi birgəyaşayışı, qarşılıqlı hörməti və multikultural dəyərlərimizi təcəssüm etdirir”.
Dini Komitənin sədri bildirib ki, festivalda nümayiş olunan fotostendlər, videoçarxlar, ədəbiyyat nümunələri, əl işlərindən ibarət sərgilər və musiqi proqramları Azərbaycanın zəngin mədəni-dini palitrasını bütün rəngləri ilə əks etdirir: “Bu tədbir bir daha Azərbaycan dövlətçiliyinin minillik dəyərlərdən, hüquqi ədalət və milli iradədən güc aldığını göstərir. Bu festival təkcə mədəni tədbir deyil, həm də suverenliyimizin, konstitusiya prinsiplərimizin və çoxəsrlik birgəyaşayış modelimizin canlı nümayişidir. Azərbaycanda mövcud olan fərqlilik bu ölkədə yaşayan bütün vətəndaşların mənəvi güc mənbəyidir”.
R.Məmmədov “Fərqliliyin rəngi” festivalının cəmiyyətə verdiyi mesajı da açıqlayıb: “Hər fərq bir rəngdir, hər rəng bir dəyərdir, tarixdir və bütün rənglər birləşərək cəmiyyətimizin bənzərsiz gözəlliyini, gücünü ortaya çıxarır. 44 günlük Vətən müharibəsində əldə edilən böyük zəfər də məhz bu gücün, birliyin və Azərbaycan xalqının öz keçmişinə sadiqliyinin sayəsində mümkün olub. Bu cür festivallar yalnız dini və mədəni irsimizi qoruyub saxlamaq üçün deyil, həm də gələcək nəsillərə birgəyaşayışın, qarşılıqlı hörmətin və tolerantlığın əhəmiyyətini göstərmək baxımından önəmlidir. Əminəm ki, bu festivalın yaratdığı əhval-ruhiyyə birliyimizi daha da möhkəmləndirəcək”.
Bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edirlər
R.Məmmədov qeyd edib ki, Azərbaycandakı unikal dövlət-din münasibətləri modeli sayəsində bu gün bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir, dini icmalar dövlətin qayğısı ilə əhatə olunur.
O, bildirib ki, konstitusiyada təsbit olunan vicdan azadlığı və bütün dini etiqadların qanun qarşısında bərabərliyi prinsipləri tolerantlıq modelinin əsas hüquqi dayağı, xalqın əsrlər boyu formalaşdırdığı birgəyaşayış fəlsəfəsinin təsdiqidir: “Ölkəmiz beynəlxalq aləmdə sülh və sabitliyin hökm sürdüyü nadir nümunələrdən biri kimi tanınır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə bu mühiti daha da möhkəmləndirir, Azərbaycanın multikultural dəyərlərini dünya miqyasında tanıdır”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icmalar “Fərqliliyin rəngi” festivalında iştirak ediblər: “Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm, dinlərarası harmoniya və birgəyaşayış dəyərlərinin təbliği həyata keçiriləcək. Festival Dini Komitənin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan silsilə tədbirlərindən biridir”.
Festivalda dini icmaların kitabları, geyimləri, adət-ənənələri və s. əlaqədar nümunələr nümayiş etdirilib.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxElm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12

