Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan beynəlxalq antikorrupsiya fəaliyyətində mühüm rol oynayır

Azərbaycan beynəlxalq antikorrupsiya fəaliyyətində mühüm rol oynayır

03.11.2015 [09:56]

Dövlətimizin başçısı İlham Əliyevin qəti siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə aparılır. Bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək Azərbaycan 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir, respublikamızın ədliyyə naziri bu qurumun vitse-prezidentidir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 30-dan noyabrın 1-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Assosiasiyanın 8-ci İllik Konfransı və Ümumi Yığıncağı keçirilib.
Konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə Baş Prokurorluğun və Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.
Ölkəmizin Assosiasiyanın işinə verdiyi dəyərli töhfələr nəzərə alınaraq 70-ə yaxın dövlətdən 250-dən artıq nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq mühafizə orqanlarının, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdikləri mötəbər forumun açılışı və ilk əsas sessiyasına sədrlik edilməsi Azərbaycanın ədliyyə nazirinə həvalə olunub.
Nazir açılış nitqi ilə çıxış edərək korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin əhəmiyyətini, bu sahədə beynəlxalq təşkilatların, xüsusilə IAACA-nın rolunu, habelə maarifləndirmə işinin vacibliyini vurğulayıb. Fikrət Məmmədov Azərbaycanın bu sahədə nailiyyətlərini, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılaraq milli brendə çevrilmiş “ASAN xidmət”in müsbət təcrübəsini, eləcə də ölkəmizin Beynəlxalq Antikorrupsiya Akademiyasında uğurlu sədrliyini və tədris ocağına dəstəyini qeyd edib, beynəlxalq antikorrupsiya fəaliyyətinin daha da gücləndirilməsinə dair təkliflər irəli sürüb.
Açılışda, həmçinin IAACA-nın prezidenti vəzifəsini icra edən, Qətərin baş prokuroru Ali Al Mari, BMT baş katibinin nümayəndəsi Dmitri Vlassis, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Qerhard Yaroş və digər yüksək səviyyəli şəxslər çıxış ediblər.
Sonra tədbir öz işini plenar sessiyalarda davam etdirib, BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının implementasiyası, o cümlədən preventiv antikorrupsiya tədbirləri, bu sahədə yaxşı təcrübələr, habelə antikorrupsiya tədrisi, maarifləndirmə işinin gücləndirilməsi və s. aktual məsələlər müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin üzvləri iclaslarda fəal iştirak ediblər. Respublika baş prokurorunun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çıxış edərək dövlətimizin başçısının rəhbərliyi ilə son dövrlərdə korrupsiyaya qarşı həyata keçirilən təsirli qabaqlayıcı tədbirlərdən danışıb. “ASAN xidmət”in səmərəli fəaliyyəti barədə videoçarx nümayiş etdirilməklə keçirilən təqdimat böyük maraqla qarşılanıb. Həmçinin korrupsiyaya şərait yaradan halların Azərbaycan Prezidentinin təşəbbüsü ilə qarşısının alınmasına xidmət edən sahibkarlıq sahəsində yoxlamaların iki il müddətinə dayandırılması, lisenziyaların sayının azaldılması, bəzi gömrük qaydalarının asanlaşdırılması kimi tədbirlər iştirakçıların xüsusi olaraq diqqətinə çatdırılıb.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin təklifləri nəzərə alınaraq korrupsiyaya qarşı əhatəli tədbirlərə dair Sankt-Peterburq Bəyannaməsi qəbul olunub.
İclasa Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalov yekun vurub.
Konfrans çərçivəsində bir sıra dövlətlərin hüquq mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri ilə keçirilən görüşlərdə əməkdaşlığa dair danışıqlar aparılıb.

Paylaş:
Baxılıb: 710 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30