Nəsimi rayonunda yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər görülür
25.11.2015 [10:06]
Nəsimi rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi ilə birgə “Yanğın təhlükəsizliyinin təmin olunmasında FHN-in Bakı Regional Mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları qarşısında duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, ərazi nümayəndəliklərinin, bələdiyyənin, rayonun təsərrüfat və kommunal xidmətlərinin rəhbərlərinin, aidiyyəti idarə və təhsil müəssisələrinin, Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Regional Mülki Müdafiə Şöbəsinin əməkdaşları iştirak ediblər.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbirdə çıxış edərək FHN-in yaradılmasının 10 illik yubileyi münasibətilə bu sahədə çalışan işçiləri təbrik edib, tədbirin məqsədi barədə məlumat verib.
Bildirilib ki, payız-qış mövsümünün başlanması ilə əlaqədar yanğınların profilaktikası və yanğın təhlükəsizliyinin təmin olunması, bu hadisələr zamanı yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının roluna dair rayon İcra Hakimiyyətində silsilə tədbirlər keçirilir. Yanğın təhlükəsizliyi və onların profilaktikası ilə bağlı məsələlərin mütəmadi müzakirə olunduğu, çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlərin görüldüyü qeyd edilib.
Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev Nəsimi rayonunda 2014-2015-ci illərin müvafiq dövrlərində yanğın və dəm qazından zəhərlənmələrlə bağlı müqayisəli statistika, eləcə də rayon ərazisində yanğın təhlükəsizliyi ilə bağlı mövcud problemləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, mərkəzin əməkdaşları tərəfindən aparılan reydlərin nəticələrini təqdim edib, yanğın təhlükəsizliyi və profilaktikası ilə bağlı görüləsi işlərdən, əhalinin maarifləndirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb.
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında təqdimatlarla çıxış edib, yanğınların baş vermə səbəbləri, onlardan qorunma yolları, eləcə də yanğın hadisələri zamanı qarşıya çıxan problemlərdən bəhs ediblər.
Sonra Nəsimi rayon mənzil-kommunal təsərrüfat birliyinin, qaz istismar sahəsinin, enerji təchizatı və satışı idarəsinin, təcili və təxirəsalınmaz yardım stansiyasının nümayəndələrinin “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında məruzələri dinlənilib. Çıxışlarda görülən işlər, mövcud problemlər və onların həlli istiqamətində atılmalı olan addımlar barədə məlumat verilib.
Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32

