Gəncədə "Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim" layihəsinin icrasına start verilib
30.11.2015 [19:41]
Vüsalə Hüseynli: Layihənin keçirilməsində əsas məqsəd Azərbaycan həqiqətlərini təbliğ etmək, ölkəmiz haqqında beynəlxalq aləmə daha dolğun və obyektiv məlumatlar çatdırmağa kömək göstərməkdir
Gəncə şəhərində Demokratik İslahatçı Gənclər İctimai Birliyinin "Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim" layihəsinin icrasına start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilmiş ilk "dəyirmi masa"da kütləvi informasiya vasitələrinin nümayəndələri, yerli mətbu orqanların əməkdaşları, blok və xəbər saytlarının rəhbərləri və dövrü mətbuatla fəal əməkdaşlıq edən gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli deyib ki, layihənin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətini Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaq üçün mətbu sözün təsir gücündən səmərəli istifadəyə nail olmaq, həmçinin, Azərbaycan haqqında beynəlxalq aləmə daha dolğun və obyektiv məlumatlar çatdırmağa kömək göstərməkdir.
V.Hüseynli onu da bildirib ki, layihə çərçivəsində ilk tədbirin Gəncədə keçirilməsi heç də təsadüfi deyil: "Bu, 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilən Gəncənin bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcəyi və həmin tədbirlər zamanı Azərbaycan reallıqlarının təbliğinə daha mütəşəkkil şəkildə dəstək verilməsi ilə bağlıdır. Yəni bura artıq turistlər çox gəlir, beynəlxalq gənclər təşkilatlarının təmsilçiləri mütəmadi səfərlər edirlər və biz də düşündük ki, gələn il öncəsi media nümayəndələrinə dəstək olaraq bu addımı ataq. Bir sözlə, layihə çərçivəsində ilk tədbirin Gəncədə keçirilməsi bu şəhərin Avropanın Gənclər Paytaxtı kimi tanıdılması üçün beynəlxalq aləmdə bir kampaniya aparılmasına dəstək rolunu oynayır".
Sonra tədbir iştirakçılarına layihə ilə bağlı olaraq "Jurnalist nəyi bilməlidir?"” mövzusunda bukletlər paylanılıb.
"Dəyirmi masa"da iştirak edən ölkənin bir sıra aparıcı media qurumlarının nümayəndələri və yerli gənclər mövzu ətrafında çıxış edib, təkliflər səsləndiriblər. Eyni zamanda, xarici media səhifələrində Azərbaycanın təbliğində lobbiçilik siyasətinin qurulması və ondan səmərəli istifadə edilməsinin vacibliyi xüsusi vurğulanıb. Yeri gəlmişkən, müzakirələr zamanı Gəncədə fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclərin fəallığını xüsusi vurğulamaq yerinə düşər. Belə ki, müzakirələrdə fəal iştirak edərək mövzu ətrafında maraqlı fikirlər yürüdən Azərbaycan Dövlət Aqrar Universitetinin I kurs tələbələri Xalidə Nəsibzadə, Cəmaləddin Məmmədov, Aytac Səfərli və İlkin Qasımovun timsalında bu gün Gəncədə fəal, dövlətini sevən, Azərbaycanımızın maraqlarını qorumağa hazır bir gəncliyin yetişdiyinin şahidi olduq.
İki saata yaxın davam edən müzakirəni yekunlaşdıran Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli "müzakirələrin ümumi nəticəsindən də bəlli olduğu kimi, ölkəmizi dünyada yaxşı təbliğ etmək üçün həm yaxşı təhsil almaq, həm xarici dillərə yiyələnmək, həm də vətənpərvər olmaq vacibdir. Bu yolda da əsas iş gənclərin boynuna düşür", - deyib.
Onu da qeyd edək ki, layihə çərçivəsində bu qədim Azərbaycan diyarının tarixi yerlərinə, həmçinin müasir dövrdə tikilən çoxsaylı obyektlərə baş çəkən və Göygöl Dövlət Təbiət Qoruğunda olan jurnalistlər, səfərin ikinci günü Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyevlə də görüşüblər.
Xəbər lenti
Hamısına baxAnalitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51

