/ / SOCAR: İtkin düşən işçilərin altısının cəsədi dənizdən çıxarılaraq ailə üzvlərinə təhvil verilib
SOCAR: İtkin düşən işçilərin altısının cəsədi dənizdən çıxarılaraq ailə üzvlərinə təhvil verilib
08.12.2015 [09:49]
Xəzərin Buzovna ərazisində tapılan xilasetmə jiletləri balıqçılara məxsus olub.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 7-də saat 11-də keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.
Baş mühəndis bildirib ki, səhər saatlarında Xəzərin Buzovna ərazisində xilasetmə jiletlərin tapılması ilə bağlı məlumat daxil olmuşdu. “Bizim əməkdaşlar orada oldular. Məlum oldu ki, həmin jiletlərin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş insanlara aidiyyəti yoxdur. Bizə verilən məlumata görə, onlar balıqçı jiletləri olub”, - deyə B.Ağarəhimov qeyd edib.
* * *
Saat 16-da keçirilən ikinci mətbuat konfransında dənizdə aparılan axtarış-xilasetmə işləri barədə məlumat verən Balamirzə Ağarəhimov deyib ki, bu vaxtadək Fövqəladə Hallar Nazirliyinin (FHN) bir helikopteri itkin düşmüş işçilərdən ikisinin cəsədini Bakıya gətirərək Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə təhvil verib. Cəsədlərin tanınması prosesindən sonra onların Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlu olduqları müəyyənləşib. Tağıyev Fuad Tahir oğlu xilasedici dalğıc idarəsinin, Mahmudov Ağa İzzət oğlu isə kompleks qazma işləri trestinin işçiləri olublar.
Baş mühəndis deyib ki, daha bir helikopter ilə 4 nəfərin cəsədi Zabrat aeroportuna gətiriləcək və oradan da Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Sabunçu rayon şöbəsinə tanınmaq üçün veriləcək. Aşkar olunmuş 6 cəsəd müxtəlif istiqamətlərdə - platformadan təxminən 25 kilometr aralıda tapılıb.
B.Ağarəhimovun sözlərinə görə, hazırda bu helikopterlərlə yanaşı, “Günəşli” sahəsində daha 2 helikopter axtarış işini davam etdirir. Bundan əlavə, FHN daha bir helikopteri “Günəşli” sahəsinə göndərib. “Günəşli” yatağındakı 10 nömrəli özülün ətrafında axtarış işləri xüsusi avadanlıqla təchiz olunmuş gəmi vasitəsilə davam etdirilir. Burada dəniz daha dərin olduğu üçün işlər xüsusi aparatlar vasitəsilə aparılır. Yanğının söndürülməsi məqsədilə əlavə qüvvə cəlb olunub və alovun lokallaşdırılması üçün maksimum səy göstərilir.
Baş mühəndis, həmçinin bildirib ki, su altında axtarış işlərinə geofizika idarəsinin dalğıcları da qoşulublar. Artıq 501 nömrəli meydançanın bütün sahəsi araşdırılıb və xilasedicilər növbəti ərazilərə doğru hərəkət etməyə başlayıblar. İstər “Günəşli” sahəsində, istərsə də “Neft daşları”nda helikopter və gəmilər, eyni zamanda, dalğıc qrupları vasitəsilə axtarış-xilasetmə işləri davam etdirilir.
* * *
Saat 20-də keçirilən sonuncu mətbuat konfransında məlumat verən Balamirzə Ağarəhimov deyib ki, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Sabunçu Şöbəsinə gətirilən 4 nəfər işçinin cəsədi artıq tanınıb. Onlar “28 May” neft və qazçıxarma idarəsinin işçisi Quliyev Fəxrəddin Xancan oğlu, kompleks qazma işləri trestinin işçiləri Babayev Mikayıl İsmayıl oğlu və Mayılov Samir Cahangir oğlu, tikinti-quraşdırma trestinin işçisi İsgəndərov Habil Tağı oğludur. Cəsədlər artıq ailə üzvlərinə təhvil verilib. Sabah onların dəfn mərasimi keçiriləcək.
Baş mühəndis bildirib ki, “Neft daşları” neft və qazçıxarma idarəsinin itkin düşən 3 işçisinin tapılması ilə bağlı suyun altında aparılan axtarışlar qaranlıq düşməsi ilə əlaqədar dayandırılıb. Axtarış işləri gəmilər vasitəsilə davam etdirilir.
Günəşli sahəsində Fövqəladə Hallar Nazirliyinin helikopterləri ilə axtarış işləri dekabrın 8-də yenidən davam etdiriləcək. Hazırda axtarışlar gəmilərlə aparılır. Onuncu özüldəki yanğının söndürülməsi istiqamətində işlər isə 7 gəmi vasitəsilə həyata keçirilir. Mütəxəssislər bu gün də özülə qalxaraq tədqiqatlar aparıblar.
Yanğının söndürülməsi yüksəktəzyiqli su kranı vasitəsilə davam etdirilir.
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

