Lənkəranın Liman şəhərinin sakinləri ilə görüş keçirilib
16.01.2016 [10:20]
Yanvarın 15-də Lənkəranın Liman şəhərində sakinlərlə keçirilən görüşdə şəhər İcra Hakimiyyəti başçısı aparatının, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Bəxtiyar Səfərov, Liman bələdiyyəsinin sədri Çingiz Əsədullayev, Liman Şəhər Ağsaqqallar Şurasının sədri Səyavuş Süleymanlı, şəhər xəstəxanasının baş həkimi Naib Zeynalov, Qunbaşı kənd məktəbinin müəllimi Şakir Qasımov çıxışlarında şəhərdə həyata keçirilən quruculuq işlərindən danışıblar.
Çıxış edənlər Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti müdafiə etdiklərini vurğulayaraq, dövlətimizin başçısının ardıcıl səyləri ilə möhkəmlənmiş siyasi sabitliyi, əmin-amanlığı hər hansı qüvvənin poza bilməyəcəyini, Azərbaycan xalqının heç vaxt buna imkan verməyəcəyini diqqətə çatdırıblar.
Görüşdə Liman şəhər xəstəxanası və şəhər 2 nömrəli tam orta məktəb üçün yeni binaların tikintisi, xəstəxanaya təcili tibbi yardım maşınının ayrılması, uşaq bağçalarının əsaslı təmiri, şəhər stadionu üçün yerin müəyyən edilməsi, avtobus dayanacaqlarının quraşdırılması, bazarın və avtovağzalın inşası, içməli su xəttinin çəkilməsi, məhəllə yollarının təmiri, əhalinin məşğulluğu və digər məsələlərlə bağlı təkliflər irəli sürülüb.
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qeyd edib ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində Lənkəran sürətlə inkişaf edərək, respublikamızın ən yaraşıqlı şəhərlərindən birinə çevrilib. Liman şəhəri də bu qayğıdan bəhrələnərək daha da abadlaşıb. Şəhərdə mərkəzi küçələr asfaltlanıb, yeni körpü tikilib, səkilər bərpa olunub, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı tam təmin edilib, çoxmərtəbəli binaların dam örtükləri dəyişdirilib.
T.Qaraşov bu inkişafın Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam edəcəyini, hər bir ölkə vətəndaşı kimi, Liman sakinlərinin də həyat şəraitinin, rifah halının daha da yaxşılaşdırılacağını, o cümlədən görüşdə qaldırılan məsələlərin vaxtında həllini tapacağını bildirib.
Xəbər lenti
Hamısına baxElm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30

